Daxili İşlər Nazirliyndən bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş Saatlı rayon sakini Emin Muradov saxlanılıb.
Ondan şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin aşkar olunub. İlkin dindirmə zamanı E.Muradov metamfetamini tanışı Xətai rayonunda yaşayan Qabil adlı şəxsdən aldığını bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq Yevlax rayon sakini Qabil Abdullayev də polis əməkdaşları tərəfindən saxlanılıb. Onun yaşadığı evə baxış zamanı soyuducuda gizlətdiyi 2 kiloqrama yaxın metamfetamin və marixuana aşkar olunaraq götürülüb.
Araşdırmalarla müəyyən edilib ki, Q.Abdullayev şəxsiyyət istintaqla araşdırılan İran vətəndaşı ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərilən narkotikləri satmaq məqsədi ilə qəbul edib.
Faktlarla bağlı Nəsimi RPİ-də araşdırma aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi