.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, qurumun Elm-Tədris Mərkəzinin də təmsil olunduğu tədbirdə Türk Ədliyyə Təlim Şəbəkəsinə daxil olan 6 ölkənin 12 prokurorluq və məhkəmə qurumlarının tədris akademiyaları (mərkəzləri) ilə yanaşı hüquqşünas alimlər, tarixçilər, ədəbiyyatşünaslar, siyasətçilər və dövlət xadimləri iştirak ediblər.
Qurultayın məqsədi kimi müasir hüquq nəzəriyyəsi və təcrübəsinin əhəmiyyətli mənbələrlə təmin edilməsi və bu çərçivədə məlumatlılığın artırılması müəyyən olunub.
Tədbirdə Baş Prokurorluğun nümayəndə heyətini Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov, şöbə rəisi Əmir Ocaqverdiyev, hüquq ictimaiyyəti adından isə Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvü, Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin dekanı Ayxan Rüstəmzadə təmsil edib.
Tədbirin müxtəlif sessiyalarında Əmir Ocaqverdiyev “Türk hüquq tarixinə töhfə verən təsisatlar”, professor Ayxan Rüstəmzadə “Türk hüquq tarixinə töhfə verən hüquqşünas alimlər” mövzularında təqdimatlarla məruzələr edib, Mübariz Əhmədov isə tədbirin prokurorluqda peşə hazırlığının təşkili sahəsində həyata keçirilən tədbirlər barədə çıxış edib.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi