.
Bunun üçün əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ağır texnikası və canlı qüvvəsi cəlb olunub. Söküntü işləri tamamlanandan sonra yeni körpünün inşasına başlanılacaq.
Rayon Fövqəladə Hallar Komissiyasının sədri, Xaçmaz Rayon İcra Hakimiyyətinin birinci müavini Anar Oruclu bildirib ki, uçan körpünün hissələrinin ərazidən çıxarılması işləri görülür.
“Qısa müddətdə köhnə körpü sökülüb, hissələri ərazidən çıxarılacaq. Yaxın on gün ərzində yeni körpünün tikintisinə başlanılması nəzərdə tutulub. Körpüdən şimal istiqamətdə Xaçmaz rayonun 98 yaşayış məntəqəsində 100 minə yaxın əhali yaşayır. Sakinlər körpü yenilənənədək alternativ yollardan istifadə edəcək. Hazırda Qımılqışlaq kəndindən keçən alternativ yolun yararsız vəziyyətə düşən hissələrinə yeni asfalt döşənir. “Xan arxı” kanalının kənarı ilə gedən yol isə ağır texnikasının köməyi ilə hamarlanıb, lazım olan hissələrə çınqıl döşənib. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb”, - deyə Anar Oruclu bildirib.
Alternativ yolun Xaçmaz və Xudat istiqamətdən girişinə məlumatlandırıcı yol nişanları qoyulub. Dövlət yol polisi əməkdaşları hərəkətin təhlükəsizliyinə nəzarət edir.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi