Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, ötən gün keçirilən tədbirlərlə qanunsuz olaraq odlu silah əldə etməkdə və gizlətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.
Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Ceyhun Kipçatovdan “Kalaşnikov” markalı avtomat silah aşkar edilərək götürülüb.
Növbəti uğurlu tədbir Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilib. Əməliyyat tədbirləri ilə paytaxt sakini Mahir İbadovdan
Abşeron RPİ əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Namiq Rəhimovdan “AKM” markalı avtomat silah, 29 ədəd patron və 1 ədəd patron darağı götürülüb.
Beyləqan RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Ramil Hüseynovdan qanunsuz saxladığı “İJ-12” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi