Suraxanıda ec oğruları yaxalandı
Tarix: 11-04-2023, 00:08
Google+ Paylaş
Tumblr Paylaş

Suraxanıda ec oğruları yaxalandı

11-04-2023, 00:08

Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsində yerləşən evlərdən birində bir müddət əvvəl baş verən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxslər Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, əməliyyat nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Üzeyir Bayramov, Niyazi Məmmədov və Namiq Bayramov tutularaq istintaqa təqdim ediliblər. Həmin şəxslərin hadisə zamanı evdən 110 min dollar, 1000 avro məbləğində pul və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurladıqları məlum olub.

Araşdırmalar zamanı müəyyən edilib ki, həmin evdən oğurluq etmək təklifi əvvəlcə Üzeyir Bayramovdan gəlib. Onlar hadisə günü oğurluq edəcəkləri evə Niyazi Məmmədovun avtomobili ilə yollanıblar. Hadisədən sonra isə oğurladıqları pulu aralarında bölüblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, Bakı Şəhər Baş Polis İdarəsinə və 102 - Xidməti Zəng Mərkəzinə məlumat verə bilərlər.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ