Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron yarımadasını elektrik enerjisi ilə təchiz edən yüksəkgərginlikli strateji əhəmiyyətli hava xətlərinin metal dayaqları müxtəlif vaxtlarda naməlum şəxslər tərəfindən oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
Hadisə ilə bağlı dərhal Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Bahadur Zahidov və qardaşı Əfrail saxlanılaraq istintaqa təqdim ediliblər. Bu şəxslər elektrik dirəklərinin hissələrini oğurlayaraq Binəqədi rayonunda yerləşən metal qəbulu məntəqələrindən birinə satdıqlarını bildiriblər. Əməliyyat tədbirlərinin davamı olaraq oğurluq olduqlarını bilə-bilə həmin metal hissələri alan məntəqə sahibləri Murad Bəhramov və qardaşı Sülhəddin də saxlanılaraq Polis Bölməsinə gətiriliblər. Bu şəxslərə məxsus obyektə baxış zamanı oğurlanan elektrik dirəklərinin metal hissələri aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Saxlanılan şəxslərin ətraflarında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi