9-04-2022, 01:05

Bakıda evlərdən 15 min manat oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən

bildiriblər ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda Maştağa qəsəbəsi ərazisindəki dörd evdən pul, 15 min manat dəyərində beş ədəd qapı, 14 ədəd xalça, kombi, radiator, su qızdırıcısı, təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Rauf Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ