Ağstafada  avtomobildən silah-sursat  götürüldü
Tarix: 19-01-2022, 09:35
Google+ Paylaş
Tumblr Paylaş

Ağstafada avtomobildən silah-sursat götürüldü

19-01-2022, 09:35

Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Poylu kənd sakini Ə.Namazovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən

bildiriblər ki, avtomobildəki sərnişin - Ağstafa şəhər sakini, əvvəllər məhkum olunmuş N.Sadıqovun üzərində axtarış aparılarkən 375 qram marixuana, kustar üsulla hazırlanmış revolver tipli tapança və dörd patron aşkarlanaraq götürülüb.

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ