9-12-2021, 06:36

Qazax rayonunda şirkətdən oğurluq edən şəxslər məsuliyyətə cəlb olunublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən

bildirilib ki, dekabrın 6-da şəhər ərazisində “CPS Construction” MMC-yə məxsus qarajdan 5376 manat dəyərində 192 ədəd dəmir dirək və oradakı avtomobillərdən naqil oğurlamaqda şübhəli bilinən rayon sakinləri T.Əzizov, A.Bənnayev, F.Musayev və Bakı şəhər sakini E.Cəfərov rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Faktla bağlı rayon polis şöbəsi tərəfindən təhqiqat davam edir.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ