22-11-2021, 05:21

Tovuz rayonunda iki evdən 16 min manatlıq oğurluq edən şəxs məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən

verilən məlumata görə, rayon ərazisindəki evlərin birindən 5700 manat məbləğində pul və on min manat dəyərində qızıl-zinət əşyaları, digər bir evdən isə 300 manat məbləğində pul oğurlamaqda şübhəli bilinən Hunanlar kənd sakinləri V.İbrahimov rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Digər bir nəfərin isə şəxsiyyəti müəyyənləşib.

Faktla bağlı rayon polis şöbəsi tərəfindən təhqiqat davam edir.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ