Yevlax narko tacirləri yaxalandı
Tarix: 25-10-2021, 00:47
Google+ Paylaş
Tumblr Paylaş

Yevlax narko tacirləri yaxalandı

25-10-2021, 00:47

Yevlax rayonunda narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində tutularaq istintaqa cəlb olunublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan

bildirilib ki, heroinin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax şəhər sakini Vüqar İsmayılov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilib. Axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb. O, dindirilərkən narkotik vasitəni şəhər sakini Azad Hüseynovdan aldığı müəyyənləşib. A.Hüseynov polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman 130 qrama yaxın heroin aşkar olunaraq götürülüb.

Faktla bağla Yevlax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ