Rəqəmsal iqtisadiyyatın mahiyyətinə elmi baxış
Tarix: 2-06-2021, 08:21
Google+ Paylaş
Tumblr Paylaş

Rəqəmsal iqtisadiyyatın mahiyyətinə elmi baxış

2-06-2021, 08:21

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarı magistrant Gülnarə Quliyevanın kompüter mühəndisliyi ixtisası üzrə təqdim etdiyi “Rəqəmsal iqtisadiyyatın inkişaf səviyyəsinin qiymətləndirilməsi üsullarının analizi” mövzusunda dissertasiya işinin ilkin müzakirəsinə həsr olunub.

Bu barədə

institutdan məlumat verilib. Bildirilib ki, məruzəçi rəqəmsal iqtisadiyyatın mahiyyəti, məzmunu, onun formalaşma və inkişaf problemləri, ənənəvi iqtisadiyyatla rəqəmsal iqtisadiyyatın fərqləri, rəqəmsal iqtisadiyyatın mənfi və müsbət xüsusiyyətləri və s. barədə danışıb. O, dissertasiya işində əldə olunmuş elmi nəticələri təqdim edərək, tədqiqat zamanı rəqəmsal iqtisadiyyat haqqında ilkin anlayışlar və mövcud yanaşmaların araşdırıldığını, aparılmış tədqiqatların analiz edildiyini nəzərə çatdırıb.

Seminarda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ