27-05-2021, 08:01

Təhsil Nazirliyinin və Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin təşkilatçılığı ilə gənc tədqiqatçıların “Fizika və astronomiyanın problemləri” XXI Respublika elmi konfransı keçirilib.

Bu barədə Forpost.az

-a universitetdən məlumat verilib. Bildirilib ki, plenar iclasda BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov universitetdə son dövrlərdə aparılan elmi-tədqiqat işlərinin müasir çağırışlara cavab verəcək səviyyədə qurulması üçün görülən işlərdən, gənc tədqiqatçılar üçün yaradılmış yeni tədqiqat mərkəzlərindən bəhs edib. Universitetin beynəlxalq əlaqələrinin genişlənməsi, alimlərimizin nüfuzlu elmi jurnallarda dərc olunan məqalələrinin sayının artması, BDU-nun reytinqinin yüksəlməsi sahəsində görülən işlər barədə məlumat verib.

Konfransda “L-VALYL-L triptofan dipeptidin quruluş tədqiqatları”, “Külək enerjisi əsasında triboelektrik generatorlar” və digər mövzularda məruzələr edilib.

Beş bölmə iclasında işini davam etdirən konfransda ümumilikdə 76 elmi məruzə dinlənilib.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ