Ölkəmizdə koronavirus pandemiyası (COVID-19) ilə bağlı zəruri tədbirlərin görülməsi ilə əlaqədar dərslərin müvəqqəti dayandırılması səbəbilə Bakı Dövlət Universitetində (BDU) təhsilin davamlılığı onlayn formada həyata keçirilir. Əzəli torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda gedən Vətən müharibəsi dövründə ölkədə internetə məhdudiyyətlərin tətbiq olunması tədris prosesində müəyyən müddət fasilə yaratsa da, BDU-da tədrisin məsafədən təşkili uğurla davam etdirilib. Hazırda universitetdə dərs prosesi sillabus, mühazirə və digər dərs materiallarının ötürülməsinə, böyük həcmli materialların yerləşdirilməsinə imkan verən “Microsoft Teams” platforması vasitəsilə uğurla həyata keçirilməkdədir.
Bu barədə Forpost.az
Qeyd edək ki, tədris prosesinin davamlılığını təmin etmək məqsədilə 2020-ci il martın 18-də Təhsil Nazirliyi bütün ali təhsil müəssisələrinə tədris prosesinin məsafədən təşkil edilməsi ilə bağlı “Microsoft Teams” platformasından istifadəni tövsiyə edib. Dərs ili başlamadan öncə bütün fakültələrdə professor-müəllim heyəti üçün “Microsoft Teams” paltformasından istifadəyə dair onlayn formada təlimlər təşkil edilib. Tələbə heyəti üçün platformadan istifadə üzrə təlimatlar hazırlanıb. Onlayn dərslərin texniki təminatı daha da təkmilləşdirilib. Məsafədən təhsilin keyfiyyətli təşkili üçün lazımi şərait yaradılıb.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi