Professor Elşən Hacızadə:Milli-Mənəvi Dəyərlərimizin Ziyalı Etalonu  yaxud Zamanla Şəxsiyyət Statusu Qazanmış Elm Adamı
Tarix: 16-03-2026, 16:50
Google+ Paylaş
Tumblr Paylaş

Professor Elşən Hacızadə:Milli-Mənəvi Dəyərlərimizin Ziyalı Etalonu yaxud Zamanla Şəxsiyyət Statusu Qazanmış Elm Adamı

16-03-2026, 16:50

Elşad Mehdizadə
___________________________

Əsl ziyalı təmsil olunduğu xalqın milli –mənəvi dəyərlərinin təəssübünü çəkəndə,vətəndaşı adını daşıdığı ölkəsinin maraqlarına xidmət göstərəndə, daha hörmətli, daha sevilən və unudulmaz olur.

Bu qəbildən olan insanlar doğurdan da, xalqının iftixar və qürur mənbəyidir.

Tarixi araşdırmalardan məlumdur ki, XIV əsrin ortalarında Əmir Teymur (Teymurləng) işğal etdiyi ölkənin ziyalılarına dəymirdi,alimlərini,yazıçılarını, şairlərini,memarlarını,münəccimlərini,xəttatlarını,yüksək səviyyəli müxtəlif peşə və sənət adamlarını yığıb Səmərqəndə gətizdirər,yeri gələndə,onlarla görüşər,fikir mübadiləsi aparardı…


Əsrlərdən bəri hər bir dövlətin,hər bir dövrün ziyalıya,onların işğına,sözünün çəkisinə və cəmiyyətdə tutduğu doğru-düzgün mövqeyinə böyük ehtiyacı olub,bu tarixi ənənə,indi də davam etməkdədir.


Azərbaycan millətinin mentalitetində böyüyə,ağsaqqala,müəllimə,ziyalıya xüsusi münasibət,özəl ehtiram var.

Çünki,Azərbaycan ziyalılığının beşiyi başında Nizami,Füzuli,Mirzə Fətəli Axundzadə,Mir Cəlal kimi dahilər,böyük əqidə və elm adamları durmuşlar.


Nizaminin bütün yaradıcılığı kamil insan axtarışından ibarət olmuşdur.
Məhəmməd Füzuli yalnız poeziyasının yüksəkliyi və ülviyyəti ilə deyil, həm də öz şəxsiyyəti ilə misilsiz bir örnək idi.

Belə misallar–xalqımızın tarixində və taleyində müstəsna xidmətlər göstərmiş, şərəfli izlər qoymuş ziyalıların layiqli fəaliyyəti barədə istənilən qədər faktlar söyləmək olar.Fəqət,ən mühüm məqam odur ki,bu şəxsiyyətlərin əsas məramı alqış,tərif,təltif umacağı maddi mənafe deyildi.

Onlar həyatlarının mənasını insanlara,xalqa xidmətin feyzində tapırdılar.

Millətlərinin,mənsub olduqları cəmiyyətin mənəvi yüksəlişi naminə əzmlə çalışırdılar. Hər biri öz sahəsində qazandığı uğurları milli nailiyyətlər kimi bəşəriyyətə ərməğan edirdi.

Onlar milli ziyalılığın meyarları,kamil örnəkləri idilər və bu gün də biz ziyalı fəaliyyətinin təsnifatını verərkən,məhz şanlı sələflərimizin xidmət örnəyini əsas götürməliyik.

Bu yazımızda,həmin sadalanan,-adları hörmət və ehtiramla çəkilən ziyalı,xeyirxah,həmçinin daxili aləmində sadə,səmimi,olduqca təvazökar çalarlar gəzdirən,milli-mənəvi,əxlaqi dəyərlər kimi vacib meyarlara malik insanlardan biri,tanınmış və nüfuzlu elm xadimi, Beynəlxalq Elmlər Akademiyasının akademiki, Beynəlxalq Menecment Akademiyasının akademiki, Beynəlxalq Nəqliyyat Akademiyasının akademiki, Asiya Elmlər Akademiyasının akademiki,Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü, Beynəlxalq İqtisadçılar İttifaqının üzvü. Azərbaycan Dövlət İqtisad Universiteti — UNEC-in "Enerji iqtisadiyyatı mərkəzi"nin rəhbəri,iqtisad elmləri doktoru, professor Elşən Hacızadənin işgüzar,geniş spektrə malik çox zəngin,rəngarəngliyi ilə seçilən fəaliyyəti haqqında söz açmaq olduqca maraqlıdır.

Beləki,9 avqust1961-ci ildə Siyəzən şəhərində dünyaya göz açan professor Elşən Hacızadə,-1982-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun(indiki İqtisad Universiteti) uçot-iqtisad fakültəsində iqtisadçı-mühasib ixtisası üzrə ali təhsil aldıqdan sonra,1982–1997-ci illər arası Azərbaycanın yanacaq-enerji sektorunda (ARDNŞ-nin H.Z.Tağıyev adına Neftqazçıxarma İdarəsində, Quruda Neftqazçıxarma İstehsalat Birliyi, "Azəriqaz" QSC) maliyyəçi, mühasib və iqtisadçı peşələri üzrə müxtəlif rəhbər vəzifələri icra edir.

1997–2014-cü illərdə isə Azərbaycan İqtisadçılar İttifaqında ekspert, ardınca, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun "Struktur dəyişiklikləri" sektorunun müdiri, "Makroiqtisadi inkişaf və iqtisadi artım" şöbəsinin baş elmi işçisi, Azərbaycan Dövlət İqtisad Universiteti — UNEC-in "Sosial-İqtisadi Elmi-Tədqiqat laboratoriyası"nın müdiri, daha sonra da "Azərbaycan Regionlarının İnkişaf Problemləri üzrə Elmi Araşdırma və Konsaltinq Mərkəzi"nin direktoru, "Magistr Hazırlığı Mərkəzi"nin direktor müavini kimi vəzifələrin idarəçiliyini layiqlə davam etdirir.
Elşən müəllim həmçinin,2010–2018-ci illərdə "Azərbaycanın vergi jurnalı"nın baş redaktoru olmuşdur.

2019-cu ildən isə o, Azərbaycan Dövlət İqtisad Universiteti — UNEC-in "Enerji iqtisadiyyatı mərkəzi"nin rəhbəri kimi elmi fəaliyyətini uğurla həyata keçirir.

Həm də "ENECO" (Enerji iqtisadiyyatı) jurnalının baş redaktorudur.

2022-ci ildən Beynəlxalq Elmlər Akademiyasının (IAS-HE AS) Azərbaycan bölməsinin birinci vitse-prezidenti olan professor Elşən Hacızadə,II dərəcəli dövlət müşaviridir.

Beləcə,bu dəyərli,ziyalı insanın dövlət və xalq qarşısında əvəzssiz xidmətləri gün kimi aydın,su kimi dupdurudur desək,qeyd etdiklərimz bir daha öz təsdiqini tapmış olacaq.

Çünki,Elşən müəllimin indiyə kimi işgüzar və elmi,həyat fəaliyyətində gördüyü bütün işlərin uğuru,qazandığı etimadın doğru-düzgün nizamlanması,sağlam təfəkkürdən süzülüb gələn məntiqi düşüncənin ekvivalenti olaraq bütün göstərilən arqumentləri özündə ehtiva edəndir.


Bu vacib amil,haqqında danışdığımız əsl insanın ən müsbət keyfiyyətlərinə işıq salmaqla,illərin sınağından keçib gələn təcrübə ilə vəhdəti kimi də başa düşüləndir.


Bu məziyyətlərinə görə də tanınmış alim,iqtisad elmləri doktoru,professor Elşən Hacızadə respublikanın ən yuxarı sferalarında öz yeri, öz payı və əvəzssiz rolu olan insanlardan biri kimi hər zaman diqqət mərkəzindədir.


Bu üzdən də o, hazırkı günümüzdə də yorulmadan respublikada ağıllı,rasional, strateji düşüncəyə hesablanmış Azərbaycan elminin tendensiv inkişaf dinamikasının daha düzgün formalaşması istiqamətində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi uğrunda çalışır.

Bu dəyərli insanın,əsl ziyalının həyat yoluna nəzər saldıqda,doğrudan da,onun bu günə kimi keçib gəldiyi yolun zəhmət və halallıqdan yoğrulduğu həqiqəti ilə rastlaşırsan.

İnsan doğulduğu mühitin övladıdır;onun sonrakı həyat mərhələlərindəki bütün fəaliyyəti elə həmin mühitin abu-havasından ruhuna hopmuş hiss və duyğuları ilə formalaşır, məzmun səciyyəsi almağa meyillənir.

Həm də insanın əsl şəxsiyyət kimi yetişməsində zamanın da böyük və əhəmiyyətli rolu olur.

Çünki,insan zamanla şəxsiyyətə çevrilir.

Əlbəttə ki,daxili aləminin daha alt qatındakı keyfiyyətləri zamanla çulğaşaraq onun bütöv insan kimi yetişməsində, sağlam təfəkkür, doğru-düzgün məntiqi düşüncə, dolğun təxəyyül sahibi olmasında böyük rol oynayır və o, həqiqi şəxsiyyət statusu alır.

Bu üzdən parlaq və zəngin erudisiyası,yüksək emosional zəkası ilə seçilən nüfuzlu elm xadimi,iqtisad elmləri doktoru,professor Elşən Hacızadənin daxili aləminin bütün məziyyətləri,mənəvi-əxlaqi keyfiyyətləri,ruhundan qəlbinə bal kimi süzülən hiss-həyəcan və duyğuları,fikirləri, düşüncə tərzi, xarakterik xüsusiyyətlərini təcəssüm etdirən ştrix detalları ən kiçik zərrə şəklində hazırkı günümüzə kimi onun işgüzar fəaliyyətində,qazandığı uğurlarında,atdığı xeyirxah addımlarında doğru-düzgün öz əksini tapmışdır.

Həmin cizgilərdə toplanaraq şəkillənən bu diqqətəlayiq keyfiyyətlər onun həqiqi simasını, hansı kriteriyalara sahib olduğunu, doğrudan da, əminliklə açmış, onu içində yaşadığı cəmiyyətə və vətəndaşı olduğu dövlətə gerçək təqdim etmişdir.

İnsan doğrudan da,əməlləri ilə tanınır,sevilir,hörmət,nüfuz sahibi olur,xalqının gözündə ucalır,əziz tutulur;vətəndaşı olduğu ölkənin inkişafı üçün bütün səy və bacarıqlarını əsirgəmir,gördüyü işlərlə daim diqqət mərkəzində olur,dövlətin etimadını qazanır,ona tapşırılan işlərin öhdəsindən bacarıqla gəlir,sınağından əsl şəxsiyyət kimi çıxır,vətən qarşısındakı sədaqət və dönməzliyi daim qiymətləndirilir.

Beləcə,illərdir bu səmimi, doğru-dürüst insan həyatını Azərbaycanın milli və dövlətçilik maraqlarına, düzgün idarəçiliyinin formalaşmasına həsr etməkdədir.

Tutduğu mövqe, çıxdığı yol da özü kimi düz, səlis, aydın, ürəkaçan, ölkədə hüquqi və demokratik dövlət quruculuğunun artan xətt üzrə müsbət, dinamik tendensiya ilə inkişafına xidmət etməyə hesablanmışdır.

Bütün bunların ucalığında isə dəyərli insan,əsl ziyalı,layiqli vətəndaş,hörmətli alim Elşən Hacızadənin vətənə,xalqa,dövlətə olan sevgisi və sadiqliyi,monolit mövqeyi tutması dayanır.

Çünki, bu insanın əsl vətəndaşlıq mövqeyi milli və dövlətçilik maraqlarımızın daim qorunması istiqamətində atdığı addımlar və gördüyü işlərlə həqiqi sadiqlik, inanılmaz sevgisi ilə vəhdətdə bütövləşir, tamlaşır, öz məzmun səciyyəsini, xarakterik xüsusiyyətlərini onun simasında, ruhunda və qəlbində bir daha ehtiva edir.

Doğrudan da, bir insanın keçdiyi həyat yoluna işıq salanda onun nə qədər zəngin və rəngarəng olduğu, həmin şəxsin bir millət üçün nə qədər fədailik etdiyini özündə təcəssüm etdirir.


İnanırıq bu sadə,səmimi,təvazökar insan hələ əsrimizin qalan illərini də,bax beləcə,vüqarla,cəsur,cəsarətli,böyük ürək,şövqlə, öz ziyası ilə vətəninə,xalqına, dövlətinə dönməz və sonsuz sevgisi, əvəssiz xidmətlər göstərərək yaşayacaq, addımlayacaq, bu məsuliyyətli, müqəddəs yolda yoruldum deməyəcək.

Yolun daim açıq olsun,dəyərli ziyalı,işıqlı insan!
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ