Atlantik okeanının dibində gələcəkdə dağıdıcı zəlzələlərə və sunamilərə səbəb ola biləcək yeni tektonik qırılma qeydə alınıb.
Atlantika ənənəvi olaraq seysmik cəhətdən sakit region hesab edilsə də, məlum tektonik qırılmalardan uzaqda yerləşən Portuqaliyada artıq güclü təkanlar baş verib. Belə ki, əvvəllər burada belə proseslərin qeydə alınmamasına baxmayaraq 1969-cu il zəlzələsi subduksiya zonaları - litosfer plitələrinin toqquşduğu ərazilər üçün xarakterik əlamətlər göstərib.
Alimlər seysmik stansiyaların məlumatlarını və Portuqaliyanın cənub-qərbində dəniz dibinin kompüter modelləşdirilməsinin nəticələrini müqayisə ediblər. Nəticədə mantiyanın təbəqələşməsinin əlamətlərini aşkarlayıblar. Tədqiqatçıların fikrincə, su milyonlarla ildir ki, süxurlara nüfuz edərək onları zəiflədir və Atlantik okeanında yeni subduksiya zonasının yaranmasına şərait yaradır.
Gələcəkdə bu zonanın güclü zəlzələlərə və sunamilərə səbəb ola biləcəyi və genişmiqyaslı tektonik sürüşmələrə səbəb ola biləcəyi proqnozlaşdırılır. Alimlər uzunmüddətli perspektivdə hətta Afrika, Avropa və Amerikanın vahid superqitədə birləşməsinə güman edirlər.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi