Yardımlının Keçələkəran kəndi ərazisində, Viləşçayın sağ sahilində kəndə yeni çəkilən yol tikintisi zamanı rast gəlinmiş yaşayış yerində qədim dövrə aid əşyalar tapılıb.
Bu barədə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu məlumat verib.
Məlumata əsasən, yeni qazıntılar zamanı üzə çıxan çay daşından ev bünövrələri, müxtəlif formalı və ölçülü təsərrüfat küplərinə məxsus fraqmentlər, məişətdə istifadə edilən incə hazırlanmış kiçik ölçülü və ya miniatür qablara məxsus qırıqlar, toxuculuqda istifadə olunan sümükdən iy başlıqları (əyircək) və s. təyinatlı əşyalar istehsal təsərrüfatında dulusçuluğun, məişətdə isə toxuculuğun inkişafını, iri və xırdabuynuzlu mal-qaraya məxsus çoxsaylı osteoloji qalıqlar isə maldarlığın geniş yayıldığını və ev təsərrüfatında üstün mövqeyə malik olduğunu göstərir.
Xatırladaq ki, Yardımlı rayonunda Son Tunc-Erkən Dəmir dövünə aid yaşayış məskənində arxeoloji qazıntılar davam etdirilir.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi