Amerikalı astronomlar səmanın dörddə üçünü əhatə edən ulduzların, qalaktikaların və PS1-STRM kvazarlarının üçölçülü astronomik təsvirinin mükəmməl kataloqunu yaradıblar. Bu barədə məlumat Havay Universitetinin saytında yer alıb.
Forpost.az Rusiyanın aparıcı KİV-lərinə istinadla xəbər verir ki, Havay Universiteti Astronomiya İnstitutunun alimləri Mauna-Kea vulkanında yerləşdirilmiş Pan-STARRS teleskopunun məlumatlarından istifadə ediblər. Bu sistem üçün bütöv səmanın dörddə üç hissəsi və ya 30 min kvadrat dərəcə əlçatandır.
Məlumatların təhlilində yeni hesablama alətlərini tətbiq edən astronomlar müəyyənləşdiriblər ki, Pan-STARRS-ın qeydə aldığı 3 milyard obyektdən hansı ulduz, hansı qalaktika və ya kvazardır. Proqram qalaktikalar üçün onlara qədər olan məsafəni də hesablayıb. Nəticədə müəlliflər dünyada ən böyük - ölçüsü 300 Giqabayt olan çoxrəngli optik üçölçülü kataloqu tərtib ediblər.
Astronomlar ümumi əlçatan olan, obyekt və məsafələrin dəqiq təsnifatını verən spektroskopik ölçünü götürərək onları süni intellekt alqoritminə ötürüblər.
Belə yanaşma qalaktika üçün 98,1, ulduzlar üçün 97,8 və kvazarlar üçün 96,6 faiz dəqiqliklə təsnifat aparmağa imkan yaradıb.
Tədqiqatçıların fikrincə, qalaktikaya qədər məsafənin qiymətləndirilməsində səhvə yol verilməsi üç faizdir. Süni intellektin köməyi olmadan obyektləri ölçüsünə və rənginə görə müəyyənləşdirmək mümkün olmazdı.
İndiyədək Kainatın ən böyük xəritəsi Sloan Rəqəmsal Səma Araşdırması (SDSS) olub ki, bu da səmanın üçdəbirini əhatə edib. Yeni kataloqda müşahidə ərazisi iki dəfə genişləndirilib, habelə bir sıra məlumatlar dəqiqləşdirilib. SDSS araşdırmasında buraxılmış bir sıra maraqlı obyektlər də yeni kataloqa daxil edilib.
Ümumilikdə kataloqa 2 milyard 902 milyon 54 min 648 obyekt haqqında məlumat və onların əsas parametrləri toplanıb. Tədqiqatın müəlliflərinin fikrincə, bu kataloq gələcək kəşflər üçün başlanğıc nöqtəsi də ola bilər.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi