Microsoft” korporasiyasının nümayəndələri “Word” proqramında yeni seçim imkanının yaradılması barədə xəbər veriblər. Bundan sonra istifadəçilər danışıqları əlavədə yaza biləcək və ya əlavəyə öz fayllarını yükləyə biləcəklər.
Forpost.az “Profile” saytına istinadla xəbər verir ki, “Transcribe” adlı bu alət onlayn rejimdə danışıqları və ya bundan əvvəl yaddaşa verilən audiofaylları deşifrə etməyə imkan yaradır. Alınan mətni dərhal redaktə etmək və sənədlərə əlavə etmək olar. Funksiyanın istifadəsinə başlamaq üçün menyu sətrində “Diktə etmək” düyməsinə basmaq, sonra isə kontekst menyunun “Deşifrə etmək” bəndini seçmək lazımdır. Bu menyu, həmçinin kompüter mikrofonu vasitəsilə danışıqları yazmağa imkan verir.
Deşifrələmə aləti ilə qarşılıqlı əlaqədə olan istifadəçi alınmış mətnin abzasları arasında, səsyazmanın müxtəlif hissələrinə fərqli sürətlə qulaq asaraq, onlara keçid etmək imkanına malikdir. Avtomatik səs transkripsiyası qaçılmaz səhvləri ehtiva etdiyi üçün mətnin ayrı-ayrı hissələrinin yoxlanması funksiyası mühüm rol oynayır.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi