BDU-dan Forpost.az -a bildiriblər ki, iclasda universitetin rektoru Elçin Babayev sentyabrın 27-si səhər saatlarından başlayan Azərbaycan torpaqları uğrunda döyüşlərin artıq 9 gündür davam etdiyini bildirərək, təcavüzkar Ermənistanın silahlı qüvvələri tərəfindən bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan yaşayış məntəqələrimizin, eyni zamanda, hərbi mövqelərimizin atəşə tutulduğunu qeyd edib.
Bildirilib ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində işğal altında olan bir sıra kəndlərimiz, yüksəkliklər və əlverişli ərazilər azad edilib. Düşmənə məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, yüzlərlə canlı qüvvəsi məhv edilib.
Rektor deyib ki, Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və infrastrukturunu hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini pozur. Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə silahlı qüvvələri tərəfindən Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələr ağır artilleriya atəşinə tutulur və bununla da mülki əhalimizə qarşı müxtəlif cinayətlərin törədilməsi davam edir. Erməni qəsbkarları Azərbaycanın Beyləqan, Tovuz, Tərtər, Xızı, Gəncə, Şəmkir, Mingəçevir, Abşeron, Göygöl, Bərdə, Füzuli, Ağdam şəhərlərinə, dinc əhaliyə atəş açıblar.
Rektor qeyd edib ki, mənfur ermənilərin təcavüzkar əməllərinə baxmayaraq şanlı Ordumuzun uğurlu döyüşləri nəticəsində torpaqlarımızın azad olunması xalqımızda böyük ruh yüksəkliyi yaradıb. Səbirsizliklə Böyük Qələbə gününü gözləyirik və əminik ki, Qələbə günü çox yaxındadır.
Professorlar İzzət Rüstəmov, Məhəmməd Mehdiyev, Vasif Babazadə, Şövqi Göyçaylı, Aydın Kazımzadə, Sevinc Hacıyeva, Tapdıq Həsənov çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən, şanlı Ordumuzun göstərdikləri qəhrəmanlıqlardan bəhs edib, BDU-nun professor-müəllim heyətinin hər an Ali Baş Komandanın, Ordumuzun yanında olduğunu bildiriblər.
BDU-nun professorları təklif ediblər ki, Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 200 min manat yardım edilsin. Təklif böyük ruh yüksəkliyi ilə yekdilliklə qəbul olunub.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi