Ölkə tarixində ilk dəfə 6 universitetimiz “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə TOP 1000-ə daxil olub.
Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ümumi olaraq, sözügedən reytinqdə Azərbaycan universitetlərinin sayı 9-a yüksəlib.
3 universitetin mövqeyini ötən ilə nisbətən əhəmiyyətli dərəcədə gücləndirib. 6 universitetimiz isə ilk dəfə sözügedən qlobal reytinqə daxil olub.
Ölkə üzrə ən yüksək nəticə əldə edən Bakı Dövlət Universiteti 300 pilləyə yaxın irəliləyərək 688-ci mövqeyə yüksəlib. Azərbaycan Dövlət İqtisad Universiteti (801-850) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (851-900) mövqeyi ötən ilə nisbətən əhəmiyyətli dərəcədə yüksəlib.
İlk dəfə olaraq Azərbaycan Texniki Universiteti (851-900), Bakı Mühəndislik Universiteti (901-950) və Xəzər Universiteti (951-1000) “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə TOP 1000-də yer alır.
Azərbaycan Memarlıq və İnşaat Universiteti (1001-1200), Sumqayıt Dövlət Universiteti (1001-1200) və ADA Universiteti (1201-1400 ) də sözügedən qlobal reytinqə ilk dəfə daxil olub.
Sözügedən reytinqə yeni daxil olan universitetlərin sayına görə Azərbaycan təmsil olunan 106 ölkə arasında 2-ci sıradadır!
“Akademik nüfuz”, “İşəgötürənlər arasında nüfuz”, “Müəllim-tələbə nisbəti”, “Əcnəbi müəllim payı”, “Əcnəbi tələbə payı” və “Məşğulluq nəticələri” indikatorları üzrə Azərbaycan universitetlərinin göstəricilərində müsbət dinamika müşahidə olunur.
Qeyd edək ki, “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə nəticələrinə görə Azərbaycan Cənubi Qafqaz regionunda liderdir. Azərbaycandan reytinqə daxil olan universitetlərin sayı digər Cənubi Qafqaz ölkələrindən reytinqə daxil olan universitetlərin toplam sayından 3 dəfə çoxdur.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi