Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) ilə İranın Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.
Sənəd “Regional proseslər kontekstində Azərbaycan–İran münasibətləri” mövzusundakı tədbir çərçivəsində imzalanıb.
Memoranduma əsasən, BMTM və IPIS arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan akademik mübadilənin reallaşdırılması, ortaq layihələrin icrası nəzərdə tutulub.
Sənəd BMTM-in İdarə Heyətinin sədri, səfir Fərid Şəfiyev və İranın Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri (IPIS), xarici işlər nazirinin müavini Səid Xətibzadə tərəfindən imzalanıb.
Bu xəbər Azərbaycan və İran arasında elmi və analitik sahədə əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli bir addımdır.
Azərbaycan və İran arasında BMTM ilə IPIS arasında imzalanan Anlaşma Memorandumunun regional əməkdaşlıq və qarşılıqlı etimad mühitinin formalaşmasına verəcəyi töhfələri dəyərləndirən Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Tural İrfan hesab edir ki, bu əməkdaşlıq iki ölkə arasında geosiyasi gərginliklərin yumşaldılmasına əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Tural açıqlamasında deyib ki, münasibətlərin səhmana salınması müsbət haldır:
“Ümumiyyətlə, bu məqsədlə görülən işləri təqdir etmək lazımdır. Azərbaycanın mövqeyi həmişə sülh, dostluqdan yana olub. Siyasi, iqtisadi, mədəni, ticari əlaqələrin inkişaf etdirilməsi ümumiyyətlə region üçün faydalı və önəmlidir. Təbii ki, İran Azərbaycana qarşı bəzi yanlış siyasi addımlarından əl çəksə və Ermənistanı silahlandırmağı dayandırsa, ona münasibət də fərqli olar. İslam dəyərlərinə, qonşuluq münasibətlərinə, dostluğa önəm vermək və münasibətləri qorumaq üçün ortaq layihələrin, işlərin icrası müsbətdir.
Ümid edirəm ki, bir çox siyasi proseslər İranın da Azərbaycana yaxınlaşmasını labüdləşdirir. Yürütmək istədiyi aqressiv siyasət nəticəsində dünyadan təcrid olunmağa aparan yolu izləməyin faydasız olduğunu dərk edir. Təbii ki, Azərbaycan həmişə səmimi dostluq, qarşılıqlı müsbət əlaqələrin tərəfində olub. Arada qurulan yeni əlaqələr təbii ki, münasibətləri səhmana sala bilər. Amma İran gərək bu münasibətlərdən yenidən sui-istifadə edərək ölkəmizdə din adı altında agentura şəbəkəsi qurmağa cəhd etməsin və narkotik ixracının qarşısını alsın. Əgər onun Azərbaycanla cəhd etdiyi bu münasibətlər xoşməramlı olarsa, təbii ki, alqışlanma
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi