İngiltərədəki Oksford Universiteti ilə ölkənin Milli Sinkrotron Elmi Mərkəzi tərəfindən aparılan araşdırmada, Yer kürəsindəki suyun mənşəyi ilə bağlı yeni ipucları ortaya çıxıb.
İndiyədək elm adamları, Yer üzündəki suyun, planetin formalaşmasından sonra su ehtiva edən göy cisimləri (məsələn, meteoritlər və quyruqlu ulduzlar) vasitəsilə gəldiyini düşünürdülər. Lakin yeni tapıntılar, suyun Yerin ilk quruluş mərhələsində, yəni təməlində mövcud olduğunu göstərir.
Araşdırma zamanı, Yerin ilkin yaranma dövründəki süxurlarla bənzər tərkibə sahib nadir meteoritlər, yəni "enstatit kondritləri (EC)" incələnib. İnkişaf etmiş rentgen analiz texnologiyası ilə aparılan tədqiqat nəticəsində, bu meteoritlərdə Yer okeanlarının yaranması üçün kifayət qədər hidrogen olduğu müəyyən olunub.
Oksford Universitetindən geoloq Dr. Ceyms Bryson bildirib:
“Artıq bilirik ki, planetimizi təşkil edən materiallar əvvəl düşündüyümüzdən daha çox hidrogen ehtiva edir. Bu isə suyun Yerə sonradan gəlmədiyini, təbii formalaşma prosesi ilə meydana gəldiyini göstərir.”
Tədqiqatçılar qeyd ediblər ki, hidrogen izləri, nümunələrin çirklənməmiş daxili hissələrində tapılıb. Bu da həmin elementin göy daşlarına sonradan əlavə olunmadığını, təbii olaraq içərisində mövcud olduğunu sübut edir.
Dr. Tomas Barrett isə araşdırma ilə bağlı bunlarıdeyib:
“Nümunələrdə hidrogen sulfid (H₂S) aşkar etdiyimiz zaman çox həyəcanlandıq. Bu, hidrogenin Yerə sonradan deyil, ilk formalaşmadan etibarən planetin strukturunda olduğunu göstərən mühüm sübutdur.”
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi