Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə tələbələr “Dayanıqlı İnkişaf Məqsədləri həftəsi” çərçivəsində “Təmiz Şəhər” ASC-yə ekskursiya ediblər. Ekskursiyanın məqsədi tələbələri tullantıların idarə olunması, təkrar emalı və ekoloji maarifləndirmə sahəsində aparılan işlərlə yaxından tanış etmək olub.
BDU-dan bildirilib ki, ekskursiya zamanı ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Cabbarlı müəssisənin fəaliyyəti haqqında geniş məlumat verib. O, tullantıların idarə olunmasının əhəmiyyətindən və bu sahədə gənclər arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyindən bəhs edib. Tullantıların ayrılması zamanı tapılan diqqətçəkici əşyalar nümayiş olunub, bu əşyaların sahiblərinə qaytarılması ilə bağlı maraqlı faktlar səsləndirilib.
Tələbələr Balaxanı Sənaye Parkını da ziyarət ediblər. Onlara sənaye parkının tarixi, fəaliyyəti və burada yerləşən Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun idarəetmə prosesi haqqında məlumat verilib.
Tələbələr sonda plastik qəlibləmə, çap-kəsim, sürtkü yağı istehsalı və təkrar emal sahələri ilə də yaxından tanış olublar. Bu sahələrdə tətbiq olunan texnologiyalar, xammalın istehsalı prosesi barədə ətraflı məlumat təqdim edilib.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi