Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində 27 Mart – Azərbaycan Respublikasında Elm Günü ilə bağlı silsilə tədbirlər çərçivəsində “Samur-Dəvəçi fiziki-coğrafi rayonunun sahilyanı ərazilərində landşaft tiplərinin transformasiyasına təbii və antropogen amillərin təsirinin Coğrafi İnformasiya Sistemləri (CİS) mühitində təhlili” mövzusunda elmi seminar keçirilib.
BDU-dan bildirilib ki, mövzu üzrə məruzə edən fakültənin doktorantı Günay Abbasova müasir dövrdə ərazilərin elmi əsaslarla öyrənilməsində CİS-lərin mühüm rol oynadığını qeyd edib. Diqqətə çatdırıb ki, tədqiq olunan ərazi DEM (Rəqəmsal Yüksəklik Modeli - Digital Elevation Model), “Slope” (“Meyillilik) və “Aspect” (“Baxarlılıq”) üsulları ilə araşdırılıb. DEM təhlilləri nəticəsində müəyyən olunub ki, tədqiqat ərazisinin yüksəklik diapazonu 26 metrdən 680 metrə qədər dəyişir. Meyillilik xəritəsi əsasında ərazi altı kateqoriyaya bölünüb. Baxarlılıq xəritəsi isə yamacların hansı istiqamətdə baxdığını təhlil etməyə imkan verir. Bu amil günəş radiasiyası və rütubət balansına təsir etdiyindən landşaft tiplərinin formalaşmasında əhəmiyyətli rol oynayır.
CİS mühitində aparılmış təhlillər göstərir ki, 2017-2024-cü illər ərzində 1009 km² ərazi intensiv parçalanmış dağətəyi arid meşə-kolluq landşaftına, 447,7 km² ərazi orta dərəcədə parçalanmış dağarası düzənliklərə, 896 km² ərazi isə orta və zəif parçalanmış dağarası düzənliklərə və ovalıqlara aid olub.
Sonda fakültənin professor-müəllim heyəti məruzə ilə bağlı fikirlərini bildiriblər.
Seminar müzakirələrlə davam edib.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi