Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) akkreditasiya prosesinin yekununa dair görüş keçirilib.
Görüşdə rektor İlham Mədətov akkreditasiya prosesinin uğurlu keçməsində əməyi olan bütün əməkdaşlara təşəkkürünü bildirib, universitetin bundan sonrakı fəaliyyətində də Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə qarşılıqlı əməkdaşlığının vacibliyini vurğulayıb.
TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov ATMU kollektivini təbrik edərək səmərəli fəaliyyətlərində onlara uğurlar arzulayıb. O, ümumilikdə bu prosesin əhəmiyyətindən bəhs etməklə Akkreditasiya Komissiyası tərəfindən ATMU-ya verilən tövsiyələrin icrasının universitetin inkişafına töhfə verəcəyini bildirib.
Görüşdə, həmçinin TKTA ilə ATMU arasında əməkdaşlığın perspektivləri, beynəlxalq və proqram akkreditasiyasının əhəmiyyəti, ali təhsil müəssisələrində keyfiyyət təminatı mərkəzlərinin vacibliyi məsələləri müzakirə olunub.
Görüşün sonunda TKTA-nın İdarə Heyətinin sədri tərəfindən ATMU rektoruna institusional akkreditasiya şəhadətnaməsi təqdim edilib.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi