Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) sədri Araz Paşayev Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Konfransında İcraiyyə Komitəsinin üzvü seçilib.
Noyabrın 26-27-də Monteneqroda keçirilən konfransda Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin prezident, vitse-prezident və İcraiyyə Komitəsi üzvlərinin seçkiləri keçirilib.
Qapalı səsvermə nəticəsində İrlandiya Müəllimlər Birliyinin sədri Con Makqabhann dörd illik müddətə Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin prezidenti seçilib. Danimarka, Böyük Britaniya, Fransa, Serbiya, Polşa və İspaniyadan olan təhsil işçiləri həmkarlar ittifaqlarının liderləri vitse-prezident vəzifəsinə seçilib.
ATİAHİ-nin Respublika Komitəsinin sədri Araz Paşayev isə 2025-2028-ci illər üçün İcraiyyə Komitəsinin üzvü seçilib.
Qeyd edək ki, konfransın əsas mövzusu “Sosial Avropada dövlət təhsilinin gələcəyi uğrunda mübarizə” olub.
Tədbirdə həmkarlar ittifaqlarının gücləndirilməsi, dövlət təhsilinin hər kəs üçün əlçatan və keyfiyyətli olması, ədalətli və inklüziv təhsil, təhsildə rəqəmsal alətlərin və süni intellektin təsirləri, eləcə də mühafizəkar ideologiyalara qarşı mübarizə kimi aktual məsələlər geniş müzakirə olunub.
Eyni zamanda konfrans çərçivəsində təşkilatın son dörd illik fəaliyyəti və auditor hesabatları nəzərdən keçirilib, 2025-2028-ci illər üçün strateji fəaliyyət proqramı və büdcə qəbul edilib.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi