2024-2025-ci tədris ili üzrə 47 xarici tələbə “Hökumətlərarası Təqaüd Proqramları” (HTP) çərçivəsində Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, onlardan 36 nəfər Çin, 5 nəfər Qazaxıstan, 4 nəfər Tacikistan, 1 nəfər Serbiya və 1 nəfər isə Rumıniya vətəndaşlarıdır. Həmin şəxslər Azərbaycanda müxtəlif təhsil səviyyələri üzrə təhsil almaq imkanı əldə edib. Bu da ötən ilə nisbətdə 62% (29 nəfər) artım deməkdir.
Əcnəbi tələbələr Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalavriat, magistratura və doktorantura səviyyələrində humanitar və sosial, təhsil, tibb, iqtisadiyyat və idarəetmə, təbiət, texniki və texnoloji, mədəniyyət və incəsənət ixtisasları üzrə təhsil alacaqlar.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi