A.Qafqazlar__________________________________
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda 27 Sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib.
Bu barədə institutdan məlumat verilib.
Əvvəlcə Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yığıncağı açan institutun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə Qarabağın işğaldan azad edilməsində Azərbaycan Ordusunun rəşadətindən bəhs edib. Alim Vətən müharibəsi zamanı düşmənə qarşı istifadə olunan silahların, hərbi-texniki qüvvələrin bütün dünyaya səs saldığını diqqətə çatdırıb.
AMEA-nın müxbir üzvü Ə.Salamzadə düşmən üzərində Qələbədən sonra Azərbaycan elminin də qarşısında mühüm vəzifə və tapşırıqlar durduğunu vurğulayıb. O bildirib ki, tarixi Azərbaycan diyarı olan Qarabağın mədəniyyətini, incəsənətini araşdırmaq tədqiqatçıların fəaliyyət planında əsas yer tutur.
Sonra institutun elmi işlər üzrə direktor müavini dosent Xəzər Zeynalov “Təsviri sənətdə İlham Əliyev obrazının təkamülünün üç modeli” adlı məruzə ilə çıxış edib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevlə yanaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin də portretləri mövcuddur. Həm Azərbaycan, həm də bir çox xarici rəssamlar tərəfindən Prezident İlham Əliyevin müxtəlif rəhbər vəzifələrdə fəaliyyəti zamanı maraqlı obrazları təsvir edilib. Dosent Xəzər Zeynalov Prezident İlham Əliyevin fəaliyyət dövrünün üç mərhələsinə aid çəkilən əsərlərin üslub xüsusiyyətlərindən ətraflı danışıb. AMEA-nın Tarix və Etnologiya İnstitutunun əməkdaşı, tanınmış fırça ustası Cəmaləddin İsmayılovun “Ailə” tablosundan bəhs edən alim bu əsərin təsviri zamanı XVII əsr rəngkarlıq üslubundan istifadə edildiyini diqqətə çatdırıb.
Daha sonra Musiqi folkloru şöbəsinin əməkdaşı Şəmsi Gülməmmədova “Şuşa gözəllik məbədidir” mövzusunda məruzəsini təqdim edib. Məruzəçi Qarabağın, eləcə də Şuşanın füsunkar təbiətindən, orada yaşayıb-yaradan görkəmli şəxsiyyətlərindən danışıb. Qarabağın musiqi elmini zənginləşdirən şəxsiyyətlərlə yanaşı, dövlət və ictimai xadimlər də yetişdirməsindən bəhs edib.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi