“BDU könüllüləri” təşkilatının Hüquq fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə tələbələr üçün silsilə təlimlər keçirilir.
Bakı Dövlət Universitetindən bildirilib ki, təlimlər mülki hüquq, mülki proses, ailə hüququ, əmək hüququ, beynəlxalq hüquq, inzibati hüquq, sosial təminat hüququ, insan hüquqları kimi fərqli sahələri əhatə edir. Bu ilin mart ayından keçirilən təlimlərdə indiyədək 850-dən artıq tələbə iştirak edib.
Təlimlər Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov, Yasamal rayon məhkəməsinin hakimi Fariz Əlizadə, Vəkillər Kollegiyasının üzvləri Seymur Hüseynov, Nuranə Məmmədova, Tanrıqulu Vəliyev, Azərbaycan Metrologiya İnstitutunun hüquqşünası Türkan Kərimova, “Unibank”ın hüquqşünası Əlixan Qarayev, BDU-nun IV kurs tələbəsi İsmət Bayramov tərəfindən keçirilib.
Ümumilikdə əyani və onlayn qaydada 20-dən artıq təlim keçirilib. 17 təlimin videoyazısı internet platformalarında yerləşdirilib.
Təlimlər barədə məlumatların paylaşıldığı, tələbələrin suallarını cavablandırmaq və gündəlik plenum qərarlarının izahı üçün yaradılmış sosial şəbəkə hesabları 1400-dən artıq tələbə və hüquqşünası əhatə edir. Təlimlər hər həftə davam edir.
İndiyədək ümumilikdə 35 saatdan artıq təlim keçirilib, onlayn platformada yerləşdirilən məqalə, plenum qərarı və kitab sayı 500-dən artıqdır.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi