Bakı Dövlət Universiteti (BDU) bu il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul elan edib.
BDU-dan Forpost.az
Elmlər doktoru proqramı üzrə 20 ixtisasa əyani təhsil forması ilə 2, qiyabi təhsil forması ilə 19, dissertantura yolu ilə 12 yer ayrılıb.
Fəlsəfə doktoru proqramı üzrə “Əmək hüququ, sosial təminat hüququ” ixtisasından Naxçıvan Dövlət Universiteti üçün 1, “Beynəlxalq münasibətlər” ixtisasından Bakı Mühəndislər Universiteti üçün 1, elmlər doktoru proqramı üzrə “Jurnalistika” ixtisasından Naxçıvan Dövlət Universiteti üçün 1 məqsədli yer nəzərdə tutulub.
Bu il BDU-nun doktoranturasında 11 yeni ixtisas açılıb. Bunlar “Əməliyyatlar tədqiqi”, “Ehtimal nəzəriyyəsi”, “Topologiya”, “Neft kimyası”, “Petrologiya, vulkonologiya”, “Xəritəşünaslıq, geoinformatika”, “Aqrokimya”, “Materiallar texnologiyası”, “Türk xalqları ədəbiyyatı”, “Dinin tarixi və fəlsəfəsi”, “Korreksiya pedaqogikası” ixtisaslarıdır.
İddiaçılar sənədlərin yerləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinin saytından doktoranturaya elektron sənəd qəbulu üzrə portala daxil ola bilər.
Aprelin 16-da başlayacaq sənəd qəbulu prosesi mayın 15-i saat 18:00-da başa çatacaq.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi