BDU-daYer təkinin öyrənilməsi və mineral xammal ehtiyatlarının proqnozlaşdırılması” mövzusunda respublika elmi konfransı keçirilib
Tarix: 3-05-2023, 11:01
Google+ Paylaş
Tumblr Paylaş

BDU-daYer təkinin öyrənilməsi və mineral xammal ehtiyatlarının proqnozlaşdırılması” mövzusunda respublika elmi konfransı keçirilib

3-05-2023, 11:01

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “

.

Bu barədə Forpost.az -a BDU-dan məlumat verilib.

Tədbirdə çıxış edən fakültənin dekanı Mamoy Mansurov Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, onun müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında müstəsna xidmətlərindən danışıb.

BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin rəhbəri Mais Süleymanov ölkəmizdə elmin inkişafının son dövrlər innovativ metodların tətbiqi ilə mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edilib ki, Ulu Öndərin Azərbaycan elminə olan qayğısı ölkəmizin daha sürətlə inkişafına təkan verib.

Konfransın keçirilməsində məqsəd işğaldan azad edilmiş ərazilərdə tikinti sektorunun xammala tələbatını ödəmək məqsədilə geoloji axtarış və kəşfiyyat işlərinin proqnozlaşdırılması ilə bağlı tədqiqat işlərinin nəticələrini müzakirə edilməsi olub.

Konfransda qara və əlvan (o cümlədən nəcib) metal filizlərinin ehtiyatı, yataqların kəşfiyyatı, istismara cəlb olunması, işlənilməsi, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və dağ-mədən sənayesinin inkişafı istiqamətlərində proqnozlar müzakirə olunub. Həmçinin mineral xammal bazasının qorunması, təbii sərvətlərdən səmərəli istifadə edilməsi, xammal tələbatının ödənilməsi, qanunvericiliyin tələblərinə, norma və standartlara əməl olunması, təhlükəsizliyin və şəffaflığın təmin edilməsi, ətraf mühitin, təbii landşaftın mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi məqsədilə yer təkinin öyrənilməsinə dair müzakirələr aparılıb.

Sonra Ümumi və tarixi geologiya kafedrasının dosenti Ələddin Məmmədəlizadənin ”Qobustan geoloji rayonunun alt və orta miosen çöküntülərinin stratiqrafiyası”, Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müəllimi Günay Hüseynovanın “Şərqi Zəngəzur iqtisadi rayonunun mineral-termal sularının formalaşma qanunauyğunluqları və istifadə perspektivliyi”, Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının doktorantı Ülviyyə Yüzbaşovanın “Skapolit tip quruluşlu mineralların kristallokimyəvi xüsusiyyətləri” mövzularında məruzələri dinlənilib.

Konfrans öz işini 4 bölmə iclasında davam etdirib, ümumilikdə 150-dək tezis və məruzə dinlənilib.


скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ