“Horizon Avropa” proqramı üzrə layihə təkliflərinin yazılmasına dair üçgünlük təlim keçirildi
Tarix: 9-02-2023, 11:58
Google+ Paylaş
Tumblr Paylaş

“Horizon Avropa” proqramı üzrə layihə təkliflərinin yazılmasına dair üçgünlük təlim keçirildi

9-02-2023, 11:58

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Avropa Komissiyasının



Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, düşərgə Avropa Komissiyası (AK) və AMEA tərəfindən Azərbaycan tədqiqatçılarının, dövlət və özəl sektorlardan olan mütəxəssislərin “Horizon Avropa” proqramında uğurlu iştirakının təmin edilməsi məqsədilə təşkil edilib. Avropa İttifaqı tərəfindən dəstəklənən təlim Avstriyadan olan ekspert Qorazd Veis və italiyalı ekspert Bruno Mourenza tərəfindən aparılıb. Təlimə AK-dan olan digər mütəxəssislər onlayn formatda qoşularaq fikir mübadiləsində iştirak ediblər.

Təlimdə dövlət və özəl sektorlardan olan 250-dən çox müraciətçi arasından seçilmiş 30 mütəxəssis iştirak edib. AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva fevralın 6-dan 10-dək Azərbaycanda Horizon həftəsinin keçirildiyini və bu müddətdə bir sıra tədbirlərin nəzərdə tutulduğunu diqqətə çatdırıb. O, bu tədbirlərdən biri olan hazırkı təlimin “Horizon Avropa” proqramı haqqında daha dolğun məlumat əldə etməyə geniş imkanlar açdığını diqqətə çatdırıb. Şöbə müdiri ölkəmizin elmi potensialının dünyada tanıdılmasına şərait yaradan “Horizon Avropa” proqramı kimi nüfuzlu layihələrdə alimlərimizi yaxından iştirak etməyə dəvət edib.

E.Əlirzayeva, həmçinin təlim çərçivəsində nəzərdə tutulan fəaliyyətlər, iştirakçılardan gözləntilər, Azərbaycan üçün təqdim olunan imkanlar haqqında ətraflı məlumat verib.

Təlimdə “Horizon Avropa” proqramının 2023-2024-cü illər üçün iş proqramı, çağırışların müəyyənləşdirilməsi, layihə təkliflərinin yazılma qaydası, qiymətləndirmə meyarları barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb, nəzəri və praktik dərslər keçirilib, uğurlu təcrübə təqdim edilib.

Daha sonra müəyyən edilmiş mövzular üzrə qrup işləri icra olunub.

Sonda təlimdə iştirak etmiş 30 nəfərə sertifikat verilib.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ