Bakı şəhəri Məktəb, Lisey Kompleksi:  Müəllimlər Günün mübarək,- avanqard və nümunəvi təhsildə flaqman təhsil ocağı
Tarix: 5-10-2022, 00:08
Google+ Paylaş
Tumblr Paylaş

Bakı şəhəri Məktəb, Lisey Kompleksi: Müəllimlər Günün mübarək,- avanqard və nümunəvi təhsildə flaqman təhsil ocağı

5-10-2022, 00:08










Söhbətləşdi: Donara Mustafayeva
---------------------------------------------------------------




Hər il oktayabrın 5-i ölkənin ümumtəhsil orta məktəblərində Müəllimlər Günü kimi qeyd olunur. Bütün orta təhsil müəssisələri bu günü çox böyük şövq və ruh yüksəkliyi, sevinc hissi ilə keçirirlər.

Çünki həmin gün, bilik verən və bilik alanlar Azərbaycanın gələcəyi naminə üzərlərinə düşən məsuliyyətin ağırlığını bir daha dərk edir və bu yükün nə qədər ağır olduğunun əminliyinə özlərində inam hiss yaradırlar.

Beləki, Azərbaycan öz müstəqlliyini qazandıqdan sonra ölkənin təhsil sistemində olduqca böyük dəyşiliklər və yeniliklərin təməli qoyulmuş, ölkə köhnə sovet təhsil stroetiplərini bir kənara atmış və əvəzində dünya təhsil sisteminin ən yeni, ən modern pillələrinə yiyələnmiş, bu yenilikləri milli təhsilimizə tətbiq etməklə, daha nümunəvi proqramların yaranmasına nail olmuşdur.

Bu gün də həmin təhsil sistemi çərçivəsində ölkənin bütün ümumtəhsil orta məktəbləri bu proqramdan qənaətbəxş yararlanır və daha böyük təhsil uğurlarının qazanılması istiqamətində həmin proqramları davam etdirirlər.

Müəllimlər Günü münasibətilə biz də Forpost.az saytı olaraq, Azərbaycanda ən tanınmış və avanqard təhsil proqramı ilə hər zaman seçilən, Nərimanov rayonundakı Bakı şəhəri Məktəb, Lisey Kompleksində olduq və bu təhsil müəssisəsinin bu günə kimi və bundan sonra gördüyü, həmçinin görəcəyi işlərlə maraqlandıq.

Adıgedən nümunəvi təhsil kompleksin direktoru Esmira Quliyevadan, rəhbərlik etdiyi kompleks haqqında geniş bilgilər verməsini xahiş etdik.
Esmira xanım xahişimizi və gəlişimizi çox xoş qarşıladı və Məktəb, Lisey Kompleksin yaranması və bü günə kimi fəaliyyəti barədə geniş məlumat verdi.

Esmira xanımın sözlərinə görə, Məktəb,Lisey Kompleksi Nərimanov rayonu İcra Hakimiyyətinin 17.12.92-ci il tarixli 3408 №-li sərəncamı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.01.93-cü il tarixli 11/54 №-li əmrinə əsasən yaradılmışdır.

Bakı şəhəri üzrə Təhsil idarəsinin 13may 2013-cü il tarixli 159 №-li əmrinə əsasən isə Məktəb, Lisey Kompleksi adlanır.
Kompleks Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planı üzrə işləyir.

Direktor bunu da nəzərimizə çatdırmağı özünə borc bildi ki, Məktəb, Lisey Kompleksinin pedaqoji kollektivi Azərbaycan Respublikası üçün layiqli vətəndaş yetirmə istiqamətində iş aparır.

Bu təhsil ocağı, 2008-ci ildə keçirilən "İlin məktəbi" müsabiqəsinin qalibi olub. Kompleksin 200 №- li tam orta məktəbi Milli Qəhrəman Gültəkin Əsgərovanın adını daşıyır.

2005/2006-cı dərs ilindən başlayaraq kompleksdə inklüziv təhsil həyata keçirilir.

Həmçinin Esmira xanım onu da vurğuladı ki, pedaqoji kollektiv, "Məktəb uşağın dostudur" devizi altında işləyir. Bunun üçün də, hazırda xüsusi qayğıya ehtiyacı olan 67 uşaq kompleksin şagird kontingenti sırasındadır.

Direktorun bildirdiyinə görə, 2012-ci ildə kompleksin bir binası təmir olunub.

2013-cü ildə kompleksdə daha bir tədris binası tikilərək kollektivin ixtiyarına verilib.

Həmçinin Esmira xanım onu da dedi ki, Kompleksdə 253 nəfər müəllim heyəti şagirdlərə bilik verir. Onlardan 12 müəllim dövlət təltifləri və ilin müəllimi adını almış,10 nəfəri elmi dərəcəlidir, biri isə elmlər doktorudur.

Məktəbdə təhsil alan şagirdlərin sayı- 3162 nəfərdir.

Kompleksin strukturunu isə belə sıralamq mümkündür:

1. Məktəb bölməsi (6-17 yaş) Ümumi tədris planı ilə işləyən siniflər.

2. Lisey bölməsi (14-17 yaş) a) Riyaziyyat yönümlü siniflər b) Kimya-biologiya yönümlü siniflər.
Kompleksdə tədris Azərbaycan və rus dillərindədir.

Kompleksin siniflərində orta sıxlıq – 28 şagirddir.

I sinfə qəbul olunanların ümumi sayının 57 %-i kompleksin ərazisindən kənardan gələnlər təşkil edir.


Direkror xanım dedi ki, bu amil kompleksə şagird axınının yüksək olduğunu göstərir.

Həmçinin söhbət əsasnasında o da vurğulandı ki, kiçik yaşlarından müxtəlif sahələr üzrə xüsusi qabiliyyət göstərən uşaqlarla işin təşkilinə kompleksin psixoloqu nəzarət edir.

Ardınca da, xüsusi ayrılmış jurnalda uşaqların fərdi xüsusiyyətləri haqqında psixoloq hər il qeydlər aparır.

Pedaqoji kollektivin səyi nəticəsində bu sahədə 19 metodiki tövsiyə, dərs dinləmə cədvəlləri, uşaqların inkişaflarını izləyən şkala hazırlanıb,prolanq bank yaradılıb.

Pedaqoji kollektivin tərəfindən hazırlanmış müxtəlif formal yoxlama işləri təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına gətirib çıxarır.

Hər ay keçirilən «dəyirmi masalar», müəllimlər üçün treninqlər, şagird elmi cəmiyyətinin hesabatları, “İnsan-təbiət”, İnsan-idman”, “İnsan-insan”, “İnsan-mədəniyyət” laboratoriyalarının bu və ya digər formada hesabatları şagirdlərlə işin səmərəli qurulmasına və təhsilin keyfiyyətinə təsir edən mühüm amillərdəndir.

Kompleksin lisey bölməsində ixtisaslaşma riyaziyyat və kimya-biologiya üzrə aparılır. Bu siniflərə şagird-valideyn-direktorun ümumi rəyi nəzərə alınmaqla şagirdlər seçilir.

Riyaziyyat yönümlü siniflər: riyaziyyat yönümlü siniflərdə üstünlük təşkil edən fənlər riyaziyyat, fizika, coğrafiya, ana dili və ingilis dilidir.

Bundan əlavə həmin siniflərdə informatikanın, Azərbaycan tarixinin tədrisinə xüsusi diqqət yetirilir.

Kompleksin qabaqcıl müəllimlərinin Azərbaycan İqtisad Universitetinin əməkdaşları ilə birgə hazırladıqları proqramlar əsasında «Biznes etikası», «Marketinq», «Dünya iqtisadiyyatı» fənləri də tədris edilir.



Kompleksdə əlavə dərs vəsaiti kimi "Tətbiqi iqtisadiyyat " kitablarından istifadə olunur.

Kimya-biologiya yönümlü siniflər: Kimya-biologiya yönümlü siniflərdə üstünlük təşkil edən fənlər ana dili, kimya, biologiya, fizika, ingilis dilidir.
Kimya-biologiya siniflərində tədris olunan xüsusi fənlər-“Azərbaycanın flora və faunası”, “Azərbaycanın dərman bitkiləri”dir.Həmin fənlərin proqramı kompleksin müəllimi X.Orucova tərəfindən tərtib edilib.


Esmira xanım bildirdi ki, Kompleksdə hər ay fənn aylığı keçirilir.

Bu da diqqətimizə çatırıldı ki, son 2 il müddətində kompleksin altı məzunu bu təhsil müəssisəsini qızıl medalla bitirmiş;
27 şagirdimiz qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış;

Altı məzun isə Prezident təqaüdçüsü adına latiq görülmüşdür.

Kompleksin 7 sinfi tam müasir elektron avadanlıqla təchiz olunub.

Kompleksin müasir avadanlıqla təchiz edilmiş kimya, biologiya, fizika laboratoriyaları var.

Kompleksdə 2004-cü ildən Heydər Əliyev muzeyi fəaliyyət göstərir.


Muzey 1999 - cu il məzunları Naibə və Dilarə Həsənova bacılarının təşəbbüsü ilə yaradılmışdır.

2014 -cü il sentyabrın 17-də isə muzey yeni inşa edilmış binaya köçürülmüşdür.

Esmira xanım həmçinin söylədi ki,Kompleksdə "Ədəbi salon", "Xor dərnəyi", "Teatr-studiya";
Biologiya, riyaziyyat, tarix fənn metodbirləşmələri nəzdinində isə "Şagird elmi cəmiyyəti" fəaliyyət göstərir.

Kompleksdə "İstedadların inklüziyası" layıhəsi aparılır. Kompleksin şagirdlərinin vətənimizin görkəmli şəxsiyyətləri ilə görüşləri mütəmadi keçirilir.

Biz də söhbətimizin sonunda, Esmira xanımı və onun rəhbərlik etdiyi kollektivin simasında respublikanın bütün müəllimlərini Müəllimlər Günü münasibəti ilə təbrik edir, Azərbaycanın milli və dövlətçilik maraqları istiqamətində atılan bütün uğurlu addımların fonunda bol naliyyətlər, davamlı təhsil, elmi biliklərin qazanılması yolunda iti zehin, məntiqi düşüncə, açıq fikir, sağlam təfəkkür arzulayırıq(!)

P.S.Müəllimlər Günün Mübarək,- uğurların daha bol olsun Məktəb Lisey Kompleksi və onun kollektivi(!)

P.S.P. Avanqard və Nümunəvi Təhsilin Flaqmanı olmaqda beləcə davam edin(!)
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ