Donara Mustafayeva
--------------------------
Bakı Dövlət Universitetində (BDU)
Tədbirdə çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov bu cür klubların yaradılmasının gənclərimizin potensialını üzə çıxarmaq baxımından çox əhəmiyyətli olduğunu diqqətə çatdırıb. O, BDU-da gənclər siyasəti istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli qeyd edib ki, BMT Modeli klubları BMT orqanlarının simulyasiyasını həyata keçirir, tələbələrdə natiqlik qabiliyyətini inkişaf etdirir, onlarda təmsil olunduqları nümayəndə heyətini düzgün təqdim etmək vərdişləri aşılayır.
Çıxışlarda, həmçinin ali və orta ixtisas təhsili müəssisələrində BMT Modeli klublarının yaradılması, konfransların keçirilməsi və klublara üzv gənclərin şəbəkəsinin genişləndirilməsinin vacibliyi qeyd edilib.
Tədbirdə “AzMUN” proqramının gələcək fəaliyyət planı açıqlanıb. Plana görə, BMT Modeli konfranslarının keçirilməsi, BMT Modeli klublarının şəbəkələşmə görüşləri, ekspertlərlə təlimlər nəzərdə tutulub.
BMT Modeli konfranslarında iştirak tələbələrə ictimai nitq, diplomatiya, liderlik bacarıqları qazandırır. Onlara BMT-nin orqanlarının iş prinsipi ilə tanış olmaq, ölkəmizi beynəlxalq arenada təmsil etmək istiqamətində təcrübə toplamaq imkanı yaradılır.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi