İyulun 18-də “SABAH.lab” Akselerasiya Mərkəzi tərəfindən startap və innovasiyalar tədbiri olan “Baku ID” təşkil edilib.
T
Tədbirin təşkilatçısı olan “SABAH.lab” Akselerasiya Mərkəzi 2021-ci ildən etibarən Təhsil Nazirliyi və Təhsil İnstitutunun təşəbbüsü ilə yaradılıb və fəaliyyət göstərir. Mərkəzin digər tərəfdaşı da Avropanın nüfuzlu IE Biznes Məktəbidir. “SABAH.lab” indiyə qədər “Yarat” və “Sürət” proqramlarını icra edib. Hər iki proqramda ümumilikdə 21 rezident komanda iştirak edir. Tədbirin baş sponsoru “Kapital Bank”dır. Həmçinin “British Petrolium”, “Qala Sığorta” və “Qala Həyat” kimi şirkətlər tədbirin sponsorları arasında yer alır.
“Baku ID” tədbiri çərçivəsində “SABAH.lab”ın 21 rezident komandası çıxış edir. Onlar arasında təhsil, tibb, moda, insan resursları texnologiyaları, e-Ticarət, NFT və blokçeyn texnologiyaları, İnfluenser Marketinq platforması və digər sferalardan startaplar mövcuddur. Bu startapların 10-u 6 aylıq “Yarat”, 11-i isə 3 aylıq “Sürət” proqramından uğurla məzun olacaq. Proqramlar IE Biznes Məktəbi və ABŞ-da fəaliyyət göstərən vençur kapital fondu olan “Starta VC”nin dəstəyi ilə həyata keçib.
Qeyd edək ki, aprelin 22-də “SABAH.lab” tərəfindən təşkil olunan “Demo Day” tədbirindən sonra 21 rezidentin 18-i 25 min manat məbləğində investisiya əldə edib. Hazırda rezidentlər vençur kapital fondlarından və şəxsi investorlardan investisiya əldə etmək imkanı axtarışındadırlar. “Baku ID” tədbiri məhz bu imkan üçün fürsət təqdim edir.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi