Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə 2022/2023-cü tədris ili üçün tələbə qəbulu təsdiq edilən ali təhsil müəssisələrinin ixtisasları siyahısına Bakı Dövlət Universitetində magistratura pilləsi üzrə vergi hüququ ixtisası əlavə olunub. Sərəncama əsasən, Azərbaycan və ingilis dili bölmələri üzrə (hər birində 5 tələbə olmaqla) 10 nəfərin bu ixtisasa qəbulu planlaşdırılır.
Forpost.az
Bununla bağlı Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi və BDU-nun Hüquq fakültəsi arasında vergi hüququ ixtisası üzrə tədrisin bilavasitə təşkili istiqamətində müvafiq işlərin görülməsi məsələləri müzakirə edilib. Eyni zamanda, müvafiq ixtisas üzrə tədris planı, tədris yükünün müəllim heyəti arasında bölgüsü, tədrisin təşkilində Dövlət Vergi Xidmətinin, habelə BDU-nun elmi-pedaqoji kadr potensialından səmərəli istifadə olunması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələrdə proseslərin əlaqələndirilməsi və təşkili məqsədilə Hüquq fakültəsində Vergi hüququ və iqtisadi ekspertiza mərkəzinin yaradılması və digər mühüm məsələlərə də toxunulub. Razılaşdırılan məsələlər üzrə müvafiq sənəd layihələrinin hazırlanaraq BDU-nun rəhbərliyinə təqdim olunması qərara alınıb.
Qeyd olunub ki, Tədris Mərkəzi vergi orqanlarında kadr siyasəti üzrə təkliflərin işlənib hazırlanması sahəsində də səmərəli fəaliyyət göstərir. Mütəxəssislərin fikrincə, Tədris Mərkəzinin iştirakı ilə multidisiplinar elm sahəsi olan vergi hüququ üzrə mütəxəssislərin hazırlanması yalnız dövlət vergi orqanları deyil, eləcə də özəl sektor və bütövlükdə respublikanın müvafiq sahədə əmək bazarının ixtisaslı kadrlarla təmin olunmasında mühüm əhəmiyyət kəsb edəcək.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi