AMEA Mərkəzi Elmi Kitabxananın (MEK) İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədova, əməkdaşlardan Alidə Həsənova, Həbibə Əliyeva, Gülbahar Abdullayeva, Kəmalə Cavadova və Röya İsrafilova Şəkidə ezamiyyətdə olublar.
Bu barədə
Şəki Regional Elmi Mərkəzinin direktoru dosent Yusif Şükürlü dahi şair Nizami Gəncəvi yaradıcılığının əhəmiyyətindən söz açıb. O, böyük mütəfəkkirin irsinin tədqiq olunması istiqamətində Şəki Regional Elmi Mərkəzində görülən işlərdən və aparılan elmi tədqiqatlardan danışıb.
Tədbirdə çıxış edən MEK-in əməkdaşları azərbaycanlı alimlərin müəllifi olduğu və dahi şairin zəngin irsini özündə əks etdirən nəşrlər haqqında məlumat verib, Nizami Gəncəvi irsinin toplanılması, saxlanılması və cəmiyyətə çatdırılması istiqamətində cari il ərzində kitabxananın gördüyü işlərdən söz açıblar.
Sonra MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə digər çıxış edənlər Nizami Gəncəvinin hər zaman yaşayacağını, yaradıcılığının bəşəri dəyər kimi hələ bundan sonra da neçə-neçə nəsillərə ötürüləcəyini bildiriblər.
Səfər çərçivəsində MEK-in əməkdaşları Şəki şəhər Mərkəzi Kitabxanasının fəaliyyəti ilə tanış olub, əlaqələrin genişləndirilməsi baxımından fikir mübadiləsi aparıblar.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi