AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) Arxeologiya fondunda eramızdan əvvəl I əsrə aid tunc dəbilqə qorunur.
Bu barədə Forpost.az -a muzeydən məlumat verilib. Bildirilib ki, dəbilqə 1965-ci ildə arxeoloq Fazil Osmanov tərəfindən Ağsu rayonunun Nüydi kəndi yaxınlığındakı nekropolda tapılıb. Dəbilqə iki hissədən ibarət olmaqla, tunc lövhədən hazırlanıb. Bu hissələrdən biri gövdədən, digəri isə dik qaldırılmış boruşəkilli çıxıntıdan ibarətdir. Həmin hissələr ayrı-ayrılıqda döyülüb hazırlandıqdan sonra bir-birinin üzərinə kiçik mıxlarla rəbt edilib formalaşdırılıb. Lakin boruşəkilli çıxıntı dövrümüzə qədər gəlib çatmayıb. Mütəxəssislərin fikrincə, bu borucuq, ehtimal ki, lələklər və digər fərqlənmə nişanları taxmaq üçündür.
Eramızdan əvvəl I əsrə aid olan bu Nüydi dəbilqəsinin oxşar nümunəsi 2009-cu ildə Qəbələ rayonunun Tola (Tövlə) kəndində arxeoloq İlyas Babayev tərəfindən aşkar edilib və hazırda muzeyin Arxeologiya fondunda qorunur. Alban döyüşçüsünə məxsus olmuş hər iki dəbilqə Azərbaycanın antik dövr sənətkarlarının metal məmulatı hazırlanması üzrə peşə bacarıqlarının səviyyəsi, eləcə də öz dövrünün hərbi işi haqqında dolğun təsəvvür yaradır.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi