Böyük Britaniyanın təhsil sahəsində məsləhət xidməti təqdim edən nüfuzlu “Cormack” şirkətinin Mərkəzi və Şərqi Avropa, Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Gintaras Steponaviçius Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.
AzMİU-dan
Gintaras Steponaviçius təmsil etdiyi şirkətin əsas fəaliyyət istiqamətləri, AzMİU və ümumilikdə Azərbaycan ali təhsil müəssisələri ilə maraqlı olduqları sahələr üzrə birgə fəaliyyət planları haqqında məlumat verib. Qonaq gələcəkdə AzMİU-nun Avropanın nüfuzlu universitetləri ilə ikili diplom proqramlarının inkişaf etdirilməsi, müəllim-tələbə mübadiləsinin artırılması sahələrində əməkdaşlıq niyyətini və lazımi kömək göstərəcəyini vurğulayıb. O, görüşün hər iki tərəf üçün faydalı əməkdaşlığın yaranmasının başlanğıcı olduğuna əminliyini ifadə edib.
Qeyd edək ki, Gintaras Steponaviçius Litva parlamentinin keçmiş nümayəndəsi və təhsil naziri olub. Onun təmsil olunduğu şirkət əsasən Britaniya və Amerikanın nüfuzlu universitetləri ilə əməkdaşlıq edir.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi