4-11-2019, 12:13

Elşad M. Turan

... Bir payız axşamı,..
Bir də üstünə qara buludlar,
yorğun
gözlərinə qaranlıq çökən şəhər,..
zamanın
vaxtsız vədəsi, şərin qarışan,
insanlağın
çaş- baş qalan bu dar macalı;
heyif ki,
yanımda yoxsan, bilirəm,
indi
çox uzaqlardasan, uzaqlarda,
bilirəm,
bir gün geriyə dönəcəyin,
ən
gözəl anın dayanacağıdır,
bu
uzaqlıq, bu məchulluq,
bu
tənhalıq, ruhani duyğuları, ən
ülvi
sevgiləri belə bir daha
yaşamqçün,
bu uzaqlığa, bu tənhalığa, bu
tənhalığla
barışmağa dəyər,ən
ruhani
çağımda
aldığım nəfəsim, əlbəttə
dəyər,
bax, indicə Ceff
Roulandın
Rain for two fo kompazisiyasını
dinləyirəm,
sənsiz, çox təssüf sənsiz, gərək
bağışlayasan,
başqa əlacım yox, bu payız
axşamının,
vaxtsız vədəsində köhnə xatirələri,
nostalji
yaşamaq, bir daha yada salmaqçün
insana
necə də fürsət verir, bu həzin,
lirk
musiqi, ruhani duyğularımın payız
əhvalı,
sanki İlahi rəng alıb təzələnir,
narahat
düşüncələrimin üzərinə göydən,
göy
Tanrımın Əlləri ilə elə bil nur ələnir,
beləcə,
ruhum dinclik , düşüncələrim tamlıq
tapır,
həmən sirlərlə dopdolu parçadan,
rahat
ol, kirlətmə duyğularını, qoru içində
saxladığın,
hələ də kamına çatmadığı
sevgini,
yanımda olmasan da, unutma,
ruhun
mənimlədi, çünki göylərdən qoşa
gəlmişik,
ruhumuzla, ayrılmaz, əbədi, geriyə,
göylərə
də, qoşa qayıdacağıq, gəldiyimiz
kimi,
nə edək, alnımıza yazılanları
pozmaq
da olmaz, qədərimiz hələki
belədir,
bəzən yazılanlarla da
barışmaq
lazım,deyilmi əzizim, bax, külək hələ

əsir, əsir, qovur, hələ də qovur,
səhərdən
deyingən qarılar kimi qara
buludları,
kinli- kinli üstümüzə, bəlkə də
yağış
yağacaq, sevdiyim payız yağışı,
payız
kədərimin yağışı, səni mənə sevdirən yağış,

bir gün alıb apardığı kimi
bir
gün də eləcə, təzədən mənə
qaytaran
yağış, nostalji bir həyat hekayəsini,
həqiqi
eşq romanını aramızda
əbədi
yaşada biləcək bir payız yağışı,
... bir
azdan əl- ayaq da çəkiləcək,

dinclik tapacaq, səhərdən, axşamacan,
tapdanmaqdan
yorğun düşən küçələr, insanlar yuvasına
çəkiləcək,
kimisi qadınının, kimisi sevgilisinin
yanına
tələsəcək,kimisi də sevgisiz

qadınsız yaşayacaq bu payız
axşamını,
beləcə, axşamın gözünə qaranlıq
düşəcək,
bir azdan küçələr də boşalacaq,
bir
azdan qaranlıq hökm edəcək,
qucaqını
özgələrə açmış, özgələr qucaqında
hələ
də mışıl- mışıl yatan bu şəhərin,
sustalmış,
ruhsuz, ləyaqətini çoxdan
beş
quruşa satmış qadın gözlü
gecələrinə,
bəlkə də bu payız küləyi ilə,
boşalan
küçələr, sabaha qədər bir
izdivac,
bir sevgini də yaşamağa macal
tapacaq,
üzülmə, özünü və ruhunu diri
saxla,
biz də bir gün bu payız axşamını
bir yerdə
üz-üzə, göz- gözə, nəfəs
- nəfəsə,
ruhani duyğuların bal kimi süzülüb gələn
anında,
yaşamağa şansımızı qaçırmayacağıq,
çünki
həyat kiminə əyləncə, kiminə
daşıdığı
yükün ağrı gətirən əzabı, bizimçünsə,
payız
yağışıyla doğulan, əbədi və ruhani sevginin
üzü
göy Tanrısına açılan qapısıdır; elədirsə,
göyümz
mübarək, ruhumuz mübarək, sevgimiz mübarək ...........................скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ