31-10-2019, 13:36

Elşad M. Turan

Böyük
şəhərlərdə kiçik adamların axı

işi var, böyük şəhərlər
sevməz
kiçik adamları, böyük şəhərlərdə
kiçilər,
kiçilər, lap kiçilər, zərrələrə çevrilər,
itirdiyi
illəriylə, Itər adamlığı da,
itirər
adamlığın da,olan-qalan umudun da,
gömər
kiçik adamlar böyük şəhərlərdə,
böyük
şəhərlərin soyuq üzlü,
nifrət
dolu gecələrində, hər
kiçildigcə,
hər əzildigcə, ehtiyacın əsirinə
çevrildigcə,
kiçik adamlar da böyüməz, böyüyə
bilməz,
böyük şəhərlərin xain, əbləh
gözlərində,
böyük şəhərlərdə sevgilər nigahsız
doğular,
sevgilər nifrətdən hamilə qalalar,
sevgilər
nifrətə hamilə qalar, umudlar
zorlanar,
arzular dul, istəklər qısır qocalar,
budur,
bax böyük şəhərlərin kiçik
adamlar
üzərində alçaq, həm də kirlə dolu
eqosu,
iblis hökmranlığı, beləcə hər gün,
intihar
kəndirləri sallanar, böyük şəhərlərin
uzun
boylu damlarından, düz üzü
aşağı,
kiçik adamların düşəcəyi
son
mənzilin, son dayanacaqın, qaralmış,
kirli
üzünə sarı; kiçik adamların boyuna
biçilib,
ölçülər, bu intihar ipləri,
hər
gün həm özünü, həm

sabaha saxladığı son umudunu
asmağa
sürüklənər, zorlanar, böyük şəhərlərin
kiçik
adamları, tv-lər, həm də media bülletenləri,
hər gün
intihar xəbərləri yayar, bu qara
xəbərlərdən,
çörək pulu qazanmağı özünə
necə
də yaraşdırar, bu çörəyi, intihar
çörəyini,
yeməyə necə də əli, necə də üzü
gələr,
intihar xəbərindən utanmaz
- utanmaz,
rahat-rahat xəbər yayıb, sahibinə
it
kimi yalmanar, əvəzində kiçik
adamları
daha çox intihara çağırar, daha
sonra
gedib mənzilində heç nə olmamış
kimi
fısltıyla yatar və növbəti bir
intihar
xəbərini yaymağa həvəslənər,
bu
həvəslə, bu arzuyla da yuxuya
gedər,
intihar xəbərini yayanlar, yataqında
da
ancaq intihar yuxuları görər

gecəsini bu intihar yuxularıyla
başa
vurar, səhər həmən yuxuyla
da,
həmən yuxunun həvəsiylə də işinə
tələsər,
tələsib növbəti, daha bir kiçik
adamın
intihar xəbərinə qulaq kəsilər,
umudunu,
sevincini, qazancını, həyatını,
yeyəycəyi
çörəyini,yayacağı bu qanlı intihar
xəbərinə
bağlayar, beləcə böyük şəhərlər,
udar
diri- diri balaca, kiçik
adamları,
hər gün, uf da demədən, kalafa ağzıyla,
parçalayar,
yırtıcı dişləriylə, ehtiyacın
qovduğu
yorğun canını, söndürər ruhunu,
içər
qurtum-qurtum, göyərmiş
damarlarından
güclə axan qaralmış qapqara qanını,
sındırar
qürurunu, əlindən alar övladının
adına
qorumağa can atdığı ləyaqətini,
itirər
insanlığını, ilim-ilim, vicdansız
- vicdansız,
alçaq- alçaq, böyük şəhərlər
böyük
həbsxanalardır kiçik adamların
məhkum
həyatına; yaraşıqlı, gur işıqlı, gecələri
füsunkar,
gündüzləri möhtəşəm, geniş
küçələri,
bahalı maşınları, göyün gözünü
dələn
göydələnləri, şübhəli, üstündə masonik
nişanlı
maları hər gün, göz qırpmadan
belə,
kiçik adamların gözünə soxan
vitrinləri
asılmış, saysız göydələnləri,
ruhsuz
insanları ilə ağzınacan dopdolu,
tikansız,
məftilsiz, silahsız, qarovulsuz,..
uca
binaları şeytanbuynuz, təkgöz,
təpəgöz,
içində meşşanlar yuva qurmuş,..
əqidəsi,
məsləki ucuz- ucuz satılmış,
bir
yanda haqqı qəsb edilmiş və mağmın
kütləyə
çevrilmiş, mağmın kütləyə
çevirdikləri
məzlum toplum, digər bir tərəfdə,
məzhəb
alverçiləri, başıpozuq, qaragüruh
din
təmayülləri, iri narkoticarətçilər,
balaca
narkokuryerlər, onların qalın, çox
qalın,
qara pərdələr arxasında gizlənmiş
qorxulu
havadarları, aşkar fahişəxanlar,
sonra
da gecə klublarına yığışan
dələduz,
kələkbaz neft fırıldaqçıları,
neft
oğruları, neft milyonçuları ,
saxta elitanın saxtakar nümayəndələri,
təkəbbürlü,
özündən müştəbeh, vətənini
bir
köpək payına belə satmaqa hər an hazır,
dəyirman
siçovulları kimi, siyasi fahişələrin tez- tez
toplaşdığı,
bağlı qapılar arxasında gizli, sirlərlə
dolu
qərarların çözüldüyü, yumru
masaların
sığışmadığı, üçbucaq qütblü,
piramida
şəkilli, masonik işarəli meqapolislərə
çevirdikləri
böyük şəhərlər,böyük şəhərlərdə
kiçik
adamları tələyə salan dar döngələr,
girişi
olub, çıxışı olmayan dalanlar,
kiçik
adamlar üçün salınmış həbsxanalardır,
böyük
şəhərlər, beləcə böyük şəhərlər
sevməz
kiçik adamları, onların əzgin,
sınmış,
sındırılmış ruhlarını, böyük şəhərlər
əzər,
gücü çatdıqca əzər, kiçik adamları,
əzaba
çevirər ömür dedikləri it
həyatlarını,
böyük şəhərlərdə axı kiçik
adamların
nə iti azıb ki, it kimi yaşamaq
əzabını,
öz əliylə taleyinə yazssın və
it
həyatıyla barışmaq zorunda qalsın,

günlərin bir günündə də,
it
kimi torpaqa gömülsün,
əzilmiş
ruhu ondan, it kimi yaşamaqdan
qurtulmaq
duasıyla Allaha yalvarsın, yalvarsın
ki,
göylərə qaıyıdıb, göylərdə əbədi dinclik
tapsın,
it kimi yaşamağın günahına
batmasın,
bu günahı özüylə göylərə aparmasın,
kiçik
adamlardan, böyük şəhərlərdən
qaçsın,
gücü çatdığı qədər qaçsın,..
üzü
göylərə tərəf, göylərə
sığınsın,
göylərdə rahatlıq tapsın...................... скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ