Elşad M. Turan
Bir fincan acı kofe,
bir də yoxluğunun ağrı gətirən acısı,
həzin, ruhumu incələyən ,
həm də içimi dünyanın kirindən
qoruyan
kompazisiyayla
indi necə də baş- başa
qalmışıq,
çöldə səssiz bir gecənin hənirtisi,
küçələrdən
əl-ayaq da çəkilib, şəhər
gündüzlərin
hay-küyündən indi-indi özünə gəlir,
və
yorğunluğunu almaqa necə də tələsir,
bu
səssiz, lal, sükuta qərq olmuş soyuq payız gecəsiylə
izdivaca girərək,
bədənimsə
hələ də dünənki uzun gecənin qadın ətrini
qoxuyur;
ruhuma
hopmuş, zindan divarlarının canımdakı
rütubətiylə savaşır,
çarpışır ətrinin qoxusu beləcə
indi;
biri
sevgisi, biri dərin nifrəti, biri nəşəsi,
biri də
kədər
gətirən nostaljisiylə,
həmən əzablardan, həmən əzabların kişilik
qüruruma
toxunan qara nəfəsindən xilas etməyə
necə də tələsir,
necə də can atır,
məni təzədən qazanmaq, təzədən
qadın
sevgisiylə qoruyub, oxşamaqa
necə də hayqırıb,
üsyan
qoparır , axtardığımız xoşbəxtliksə
hələ
də uzaq məchulluqlarda,
qara
nöqtələrə çevrilərək,
tək-tənha,
umuduna
sığınmış, hələ də gözləyir, bakirə,
həyasına
bürünmüş, arada
dibsiz
uçrumlar,geridə əzablı
keçmişimin səni qovan, üstünə
yeriyən
ağrılarıyla;
dayanmısan məğrur, qadın
ləyaqətinə
sığınaraq, mənim əzablarımın
yükünü
zərif çiyinlərində çəkməyə hazır,
bu
yükü daşımağının savabını
Tanrıdan da
istəməyərək, fədakar
qadınım
kimi, məndən yalnız sevgi
istəyirsən, başqa heç nə,
bilirəm, bilirəm, yaxşı bilirəm,..
nəfəs
aldığım ağ ciyərim,
Tanrının
əliylə alnıma yazılmış tale yazım,
umudumun
züilmət qaranlıqlardan
aydın
səhərə açılan qapısı, bilirəm,
bu
dünyada sənə verməyə indi,
açığı,
doğrudan da
hələki
heç nəyim yox, ancaq ruhumdan
ürəyimə
bal kimi süzülən təmiz, ülvi,
dünyanın
kirinə hələ də bulaşmamış,
tər-təmiz, Adəmin
Tanrıdan
günahlarının bağışlanmasını
yalvararkən
axıtdığı göz yaşları kimi dupduru,
halal,
yerdən
göyə yağan, göyü bu göz yaşlarıyla
isladan,
göy
üzünə ilahi sevgi
kəlməsini həmən göz
yaşlarıyla
tək yazan həqiqi,
çılpaq,
xəyallardan uzaq gerçəklik,
ruhani, azad,
həmdəki bambaşqa,İlahi
hikmət,
İlahi
mükafat, İlahi məhəbbətlə dolu,
hələ
bu günə kimi yazılmamış
bir
həyat hekayəsini sənin ağlında,
sənin ruhunda
sənin
qadın gözlərində yaşada
biləcək bir kişinin
güclü,
ər nəfəsindən qopan duyğuqarışıq,
ruhsal
bir
sevgisini sənə bağışlamaq
gücüm var hələki,..
... sığınmısan beləcə ruhunda gəzdirdiyin
sevginlə mənə,
danışırsan
gözlərinlə, messaj ötürürsən, dilsiz
ağızssız, məzlum
qadın
görkəminlə,
beləcə deyirsən, qoru bizi, qoru,
al
güclü qolların arasına, sıx, kişi
nəfəsini
duyduğum köksünə, gücün çatan
qədər,
buraxma,
tərk
etmə, qərq elə həmənki duzlu
öpüşlərinə məni, can
versin
kişi nəfəsin ruhuma, həmən nəfəsinlə
təzədən
doğulum, təzədən
səni
sevməyə əbədi dirilim, ölmüş sevgiləri
nəfəsinlə dirildim,
bəşəri
sevgini insanlığa əllərinlə verim,
təzədən
geriyə, sənə qayıdım və səni sevim,
özü
də necə sevim, ölümünə sevim,
son
nəfəsimi alacağım
ən dadlı anın vüsalına qədər sevim,
o zaman üzünü
bir gün çevirib
getməyi ağlına da gətirmə,
çünki günahımıza
batarsan,
əzabını artırarsan, bizi təzədən
axtararsan,
axtararsan,
ancaq tapmazssan, tapa bilməzssən,
tapmaqa gücün
qalmaz,
geriyə dönərsən, bizi arxada
buraxmış keçmişində
görərsən,
əlini uzadarsan əlin çatmaz,
yüyürərsən,
ayaqların
yeriməz, qışqırarsan,
səsin çatmaz, çünki biz sənin
yaşadığın
gerçəkliyin,
artıq xəyal üzünə bir gün çevrilərək,
ilğım kimi
həyatından itərik,
təzədən
bizi gerçəyə çevirməyə
nə gücün, nə ağlın, nədəki sevgin
çatmaz,
yorularsan, sustalarsan, qaçarsan,
yıxılarsan,
qalxarsan,
tükənər bir zamanlar tanıdığım, səndən
güc aldığım
kişi qürurun, çatmaz ər nəfəsin,
bağlanar üzünə Tövbə Qapıları da ,
Tanrı
belə eşitməz dualarını, çevrilib üstünə
qayıdar
yalvarışların, günahların
şəklində ,
o zaman yalnız, tək
buraxma bizi, dünyanın çirkinliklərlə
dolu
bu
vədəsində, şəhərlərin uçduğu,
silahların insanlığa
tuşlandığı,
şərin insan qanına susadğı,
məsum
cocuqların rahat- rahat qətl edildiyi,
allahsızların
üstümüzdə hökm etdiyi
bu narahat çağında,..
qorxma,
ruhumdasan, daşıyıram içimdə,
qorxusuz,
hürküsüz,
ağlımın ucundan keçirmiş, fırtınıların
qoparmağa
gücü
çatmaz beləcə ruhumdan səni,
darıxma, bir gün Tanrıya
qayıdacaq
ruhumla alıb
apararam səni də yerdən, ən rahat,
ən
qorxusuz İlahi qata, sevgimlə əbədi,
geriyə də qayıtmadan,..
göylərdə,
ən İlahi qatda,
mələklərin
yanında, təzədən sevişərik, mələkləri
sevgimizə
şahid tutarıq,
beləcə
ölümsüz bir sevgini Tanrıya ən
yaxın,
Tanrıya
sığınmış, göylərdə, mələklərin yanında,
ağ
buludlar arasında , yerə
sevgimizlə birgə yağacaq, yerin
qaralmış
kirli üzünü dupduru,
Adəmin
göz yaşlarıyla yuyacaq
yağışda,
islanmış halda nəyi var yaşayarıq,
yaşayarıq,
bir də yaşayarıq, bir də geriyə ,
yerə qayıtmarıq, qayıtmarıq, qayıtmarıq..................................