22-09-2020, 22:34

Elşad M.Turan
-------------------------------
Sonuncu
zəngin hələ də telefonumun yaddaşındadır,
silməmişəm;
on səkkiz iyul, səhər on əlli
doqquzda,
gilavar qarışıq, buludlu,
rütubətlə
dolu bir yay günü,- canım
da,
ruhum da sıxılırdı düzü
həmən
gün, şəhər üzərində lal

ölü bir süstlük, havada
bir
zəhlətökənlik, cansıxıcılıq, bir də,
bir
də içimdə sənsizliyin acı gətirən
duyğusu
vardı,.. yaxşı ki, zəng etdin, bir
az
duruldum,oyandım qarışıq düşüncələrdən,
dağılmış
fikirlərim geriyə, üstümə qayıtdı,
təzədən
səf-səf düzüldü, beynimdən ürəyimə
bal
kimi süzülməyə sanki macal gözlədi,..
nəfəsim
də çatdı deyəsən, qurtuldum ağrı gətirən
havasızlıqdan,
çox rahatlandım sənsizlikdən,..
beləcə
danışdıq qısa da olsa, keyfimizi
soruşduq,
əhvalımızı xəbər aldıq bir
-birimizdən...
... bir də, bir də mən soruşdum,- zənglərimə
neyçün
gec cavab verirsən, bəzən də
telefonu
açmırsan, məni nigaran, intizarda qoyursan,
beynimi
qarışdırır, duyğularımı sərgərdan,
yuvasız
quşlar kimi pərən-pərən salırsan,..
...hətta dedim,- bəlkə məndən küsüb, incimisən...
dedin
dəlisən, küsməyə, inciməyə nə gərək,
sadəcə
sən zəng edən zaman o yanımda olur,
telefona
cavab vermək imkansızlığı, bir də səni təzədən
yığmaq
uyğunsuzluğu aramızda qara daşa dönür,
ondandır,..
ürəyinə başqa bir şey gətirmə,.. əlbəttə,
sənə
inandım,illərdir güvəndiyin,qarışıq
hisslərin
üstünə hayqırıb, üsyan qaldırdığı anlarda
mənə
sığındığın kimi, deməyə sözüm, bəhanə
gətirməyə
başqa əlacım qalmadı; çünki aramızdakı
inam,
bir də duyğu qarışıq sevgi hələ

bu fürsəti qorumağa bizi ayaqda saxlayır,
əzizim,..
qərara aldıq görüşək,- razılaşdıq,
vədələşdik,
hətta görüş üçün yer də seçdik; Cavid bağıyla üzbəüz
"Şokaladka "
da; bu yeri özün seçmişdin, yadındadırsa,
"Baharın
on yeddi anı" filmindəki "Elefant " kafesi
səhnəsini
santrekini ikimiz də seyr etdikdən sonra,..
Mikael
Tarverdiyevin ecazkar musiqisi
həmən
səhnəyə necə də tamlıq verirdi; indiki kimi
yadımdadır,
unutmaq olarmı həmən anları, əvəzedilməz
günləri,
həyatımıza rəng qatan duyğuları,..
... budur,
artıq yay da bitdi, lakin aramızdakı
duyğular
hələ də bitmir, bitməz də: çünki mən
səni
qazanmamışam itirmək üçün, itirmərəm
axtarmaqdan
ötrü,.. düzü nədənsə bu gün ürəyim, ruhum,
duyğularım
daha çox istədi səni, zəngsiz, filansız, bəhanəsiz,
ruhum
hər gün olduğundan çox məni sənə tərəf sürüməyə
can
atdı, içimdə bir sən doğuldu sanki,

təzədən səni qazanmağa oyatdı məni,..
... hə,
indi anladım, artıq payızdır axı,
yatmış
insan ruhunu öz mehiylə oyadan payız,..
sevgilərin
oyandığı, duyğuların pərvazlandığı payız,..
... bilirəm,bu fəsil bizim fəsilimizdir,
ikimiz
də payızı çox sevirik, özü də qızılı payızı;
ilıq
payız günəşi, saralmış,lakin xəzan çağına
hələ
tələsməyən, qızılı rəngə çalan yarpaqlar,
xəfif
payız mehi, uzaqlardan sürünüb, məcrasını
axtaran
və insan ruhuna rahatlıq gətirən ocaq
tüstüsü,
bir də, bir də, bir payız axşamının qürub
çağında,
günəşin əyilən vədəsində, qoşalaşıb
ustufca
addımlayan və kölgələri özlərindən də
uzun
iki adamın torpaq rəngli silueti,..
əsl
payız mənzərəsi, əsl həyat yaşantısıdır
deyilmi
əzizim, ... hardasan indi, darıxmışam səninçün,
özü
də bilirsən necə, hava
da
soyuyub, külək uzaqlardan yağış
gətirənə
bənzəyir, bəlkə yığım səni, payız əhvalını
soruşum,
imkan olsa görüşək, payız dolu gecənin
vaxtsız
vədəsində görüşünə tək deyil,
yağışla
gəlim, yağışı da gətirim,..
... və səni təzədən sevim, özü də ölümünə sevim, necə sevim,

əbədi sevim,..

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ