Bizə yaxın,- bizdən uzaq vətən
Tarix: 22-09-2020, 22:03
Google+ Paylaş
Tumblr Paylaş

Bizə yaxın,- bizdən uzaq vətən

22-09-2020, 22:03

Elşad M. Turan

doyunca sevə
bilmədik səni, sevməyə qoymadılar
umudumuz zindanlar
küncü,
bir də soyuq qandallar
işıq ucu gələn yerdə
hökm edir qaranlıqlar,
it hürən tərəfədir ağzımızın
qibləsi,
itirmişik yolumuzu, itirmişik
rizimizi
yolsuzluq əzabı öldürür
bizi
bir də,
bir də şərin
şirin qanımıza susamış
uzun qara kirli
əlləri
qanımıza boyanmış,burda, burdaca,
hələ də ayaqda
uğrunda ölümlərə
və müqəddəs savaşlara
gedəsi oğullar,
çürüyür, can verir
sönmüş, söndürülmüş
və kor qalmış ocaqlarının
başında ustufca
sakitcə, səssiz-səmirsiz
bizi asdıqları
və qanlı fərmanları verdikləri
yerdəcə,
kürəyimizdə saxta dost
əlləri,
onların saxta təbəssümləri
bir gün kürəyimizə
sancılacaq,
mütləq sancılacaq
qınında xəncərləri, əlbəttə
bu da bəlli
ürəyimizə tuşlanıb,
qəfil düşmən gülləsi
və halal qanımıza boyanar
torpaq,
bu qəfil güllələrdən
çəkil, çəkil bir kənara, başsız, bədəni də
parçalanmış vətən,
torpaqa
çevrilərsən, topraqa
çevriərlər,
təzədən satmaq, satılmaq,
günaha
batmaq üçün
axan al qanımızın,
günahına batarsan,günahına
batırarlar
günaha batdıqları kimi, səni də
haram-haram
edam kötüklərinə sürüklənir
səhər, axşam
armud saplağı kimi üzülmüş,
öləzimiş
qısır, həm də axtalanmış
ümidlər,
ümidsiz-ümidsiz
boğazımız asılmış,
və çarmıxa
çəkilmiş İsa məsih
qiyafsində
deyəsən məşhər gününə qalmış,
ancaq
qisasımız, qismətimiz Tanrıdan
axan şirin qanımızdır,
kəsilmiş
qara başımızın, edam
kötüyünün
altında, süzülər
və dərd cücərdər,
altından
boy verməz, uzun boyumuza
ancaq nə edək, necə edək
sevgilər,
arzular cücərməz
axan, axıtdıqları şirin
qanımızdan
nahaq, nahaq
beləcə,
tamarzı qalmısan sən də
içimizdə qocalmış,
saçları
bəmbəyaz
və sənə verə bilmədiyimiz
sevgimizə
anasının sinəsinə tamarzı
qalmış
məsum körpələr tək
neyçün
sevmədin, neyçün
sevilmədin,
sevməyə fürsət qazanmadan
fürsət quşunu
uçurdun
öz əlinlə
bizi sevməyə, bizi
oxşamaqa
bir də oyanmadın, qalxmadın,
hayqırmadın
yuxuya verdi səni
fürsətini oğurlamış
fürsətsiz alıcı,
oğru, oğru olduğu qədər,
yırtıcı,
yırtıcı olduğu qədər leş didən
quzğun quşları,
ölüm gətirən
və qara matəm bayraqlarını
xatırladan
qanadlarını çalaraq,..
sevilməyə, oxşayıb, topraq sinənə qara,
mağmın
başımızı əyməyə,
səni sevməyə
qoymadı
çaqqal nəfəsli,it
baxışlı,
leş yeyən,
oddan köynək geyinib,
üstümüzə şığıyan,
qanlı caynaqlarıyla,..
lakin,
qoruduq qürurumuzu, qoruduq
vətən,
sevgimizi,
bir daha səni sevmək,
uğrunda
ölmək, zindanlara
gömülmək,
soyuq qandalları bir daha
geyinsək də ,
lakin,
məğrur qara başımızı
dik tutaraq, acıların, yağıların,
sənə
xor baxanların
üstünə sevgimizlə
yeriyək
kasıbların göz yaşı,
zənginlərin,
harınların,
səni satmışların,
əvəzində
pay qazanmışların
asan, asandan da
asan
və müftə qazanc yerinə
çevrildiyi yazıq
və bizə yaxın,
yaxın olduğu qədər
uzaq,
uzaq vətən, yazıq, mağmın,
sevdiklərindən
uzaq, çox uzaqlarda,
- özgələr
umuduna qalmış vətən..........................................скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ