22-09-2020, 21:44

Elşad M.Turan


------------------------------

Sönmüş, söndürülmüş,
söndürdükləri
ocaqların
külüylə oynayır
hələ də,
siyasi öpüşlərdən, siyasi
görüşlərdən,
sonra da
siyasi
izdivaclardan bic doğulmuş,
atası
daş yonan baş usta,
anası
siyasi fahişələrin
mayası
qanla yoğrulmuş
və qanı qurumamış, qanlı-qanlı
oddan
köynək geyinmiş
sonra
şərə çevrilən

şərə çevirdikləri şər
övladları
batıb
kilsə zəngləri,
itib
əzan səsləri
müəzzinlər, vaizlər, bir də keşiş
qaponlar,
əbaların altında
gizlənibdir
paqonlar, çiyinlərdə oturan
mələklər
yox, yalanlardır,- ağ
yalanlar
beləcə
tovlanır , ovlanır insanlar
dartılır
dar ağacına, bir də
gilyotinlərə
Allaha
çağırış, Allahla barış, Allaha
dönüş,artıq
qarğışa
çevrilmiş,
insanlar bəddualı, ağzı şərə
açılmış,
haqqı
şərdən dilənir, dilənçiyə
çevrilib,
haqsız-haqsız, vicdansız,..
Allahını unutmuş, özü də
unudulmuş
insanlıqdan
çıxmış, çıxarılmış
bəşər
diz
çökür indi, diz
çökdürülür,
əyilir
və sınır,
qula
çevrilir insan iblisin
qarşısında , iblisin
xidmətində,
iblisin itaətində, iblisə
ibadətində
və iblisin ətəyində
oturmuş,
Tanrıya da daş atır imansız-
imansız, Allahsız-
Allahsız
min illərdir beləcə,
rahatca,..
tv maşınları işləyir
gecə və
gündüz, sutkanın iyirmi dörd
saatını
uydurur yalanları nəhəng
media
orqanları, hələ də davam
edir
səlib yürüşləri,
qarışıb
dünyanın bütün
rəngləri,- provaslov,
katoliklər, sünni

şiələr,fundamentalistlər,
həmdəki
protestantlar,sələfi,
vəhhabilər, rafizi,
babtistlər, sürtülmüş
siyasilər,
qancıq
və satılmış,
işlənib,
sonra atılmış media
mənsubları,
narkotiklər,fahişələr, gizli
silah
alverçiləri,
qızıl
mədənçiləri
lesibiyan,mavilər
pedofil it
sifətlər dəyib bir-birinə
dayanıblar
üz-üzə, dayanıblar göz
-gözə,..
söyürlər bir-birini,
o
bunun xaçını, bu onun
ələmini,
iyrənc əməlini
döyür,
öz-özünü
öyür
söydügcə, söyüldügcə,
döyüldügcə,..
beləcə
yüz illərdir qan

neft qoxusu gəlir dünyanın nimdaş
üstündən,..
beləcə dünya idarə
edilir
piramidalar
üstündən,- sərvət,
güc
və hakimiyyət üçbucaqı şəklində,
şeytan
buynuz, tək
göz,
təpəgöz, təpəgöz
altında
Misir fironları,qaniçən
ramzes
yatmış,
mumiyalanmış,
sirli
ehramlarda gizlədilmiş,
Məkkə
üzərindəsə mələklər uydurur
nassa,
islamı fırladır yüz illərdir mi-6,
mossa-d,.. dünyanın
qara
qorxusudur,qara çuxasıdır- İŞİD
və onun
qara
matəm
bayraqları, kərbala
bu gün də
müsibətin meydanı
içirirlər ona
nahaq
qanları, Hüsyenin qanını
axıdıb,
içənlər
kimi
əvəzində siyasi
blef edir
yəhudi büllütenləri,- tökülən,
tökdükləri, hələ
tökəcəkləri insan
qanlarını,
dağılan ölkələri, uçan şəhərləri,
uçurduqları,
üstündə
quracaqları təzə dünyanı(???)(!!!)
bəşər məzlum
görkəmdə,
həzm edir bu yalanları
sosial sifarişlər
alır,
masonik, rəngarəng, sentimental dekorlar
qurur
xüsusi
xidmətlərin tv-lərdəki
qəhbələri,
xüsusi xidmət mətbəxlərdə hazırladıqları
əttökən
proqramları yeyir, yeməyə
zorlanır
və təzə doğuşlara hamilə qalır
farsmajor,
ərəbmajor həmdəki
melanxolik
ritmlərlə yuxuya
gedən,
yuxuya
verdikləri mağmın,
mağmın
olduğu qədər dilsiz-ağızssız
kütlə qiyafəsindəki
insan toplumu,..
hələ də
görmür, oyanmır, görməyə
qoymurlar,
başsız
bədəni üstündə
gedən
gizli və çirkli oyunları
beləcə yerdən xeyir
çəkilmiş
şərin
yerdə
hökmranlığı,
şər
üzünü göstərmiş,
göstərir,
və hələ çox göstərəcək
artıq
yer
də saxlamır insanı,
insanlığı
qaçır, gücü çatdıqca qaçır,
ayaq altından
qaçır,
topraqını atıb, quru
canını,
ruhunu və
ərliyini deyil,sadəcə
cismini
götürüb qaçan,
qan görəndə qandan
qorxan, canında erməni
qorxusuyla
yaşamaq,
yaşayıb ölməmək, bir əbləhlik
pay
almaq, illərdir qaçqın statusu
daşıyan
qaçqın
ömrü yaşamaq adətini qazanmış
qaçqın
insanlar
kimi,..
beləcə
ocaqlar sönmüş, söndürülmüş,
hələki
külüylə oynayır
oğraş-oğraş, gözüylə görmüş, anası
fahişə
mahir, mahir olduğu qədər siyasi
fırıldaqçılar
siyasət
dəllaları, topraq
alverçiləri,
böyük, böyükdən də böyük

çirkli, həm də pərdəarxası, gizli
oyunların
alçaq, kirli oyunçuları......................................скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ