16-09-2020, 10:26

Elşad M. Turan


------------------
Geriyə boylanma,- nigaran, üzücü,
kiprikləri
keçmişini daşımağa gücü çatmayan
baxışlarınla,..
çevir üzünü, qabağa bax, düz
qabağa,
arxada qalmış xatirələr,
hələ
də oxuyub başa çatdırmadığın,
vərəqləri
acı yovşan qoxulu roman,
lirik
və dərin, lakin dinləməyə
macal
tapmadığın musiqi, axtardığın
həyat
eşqi, ən nəhayət içində daşımağa məhkum
keçmişin
yalnız mənəm; qarşında
dayanmış,
uzun və bitməyən bir yolun yol
yolçusu,
yaşadığın və hələ çox yaşayacağın,
hələ
çox ağlayacağın, məhkum umudun,
təsəllin,
həyat hekayən, ağarmış,
bəmbəyaz
düşmüş saçların, yorğun, yuxusuz
gecələrin,
günəşin qürub çağı axşamların,
qapını
qəfil açacaq xəyalların,
faciən,
nifrətin, qəzəbin, qadın zəifliyin,
qadın
gücsüzlüyün, yalnız gücün çatdığı göz
yaşların,
bəyaz yuxularının ağ atlı şəhzadəsi,

hələ də qazana bilmədiyin,
sahib
çıxmadığın, ağuşuna sarılacağın
qürurlu,
savaş ruhunu hələ də, bu gün
də,
bəlkə də əbədi özündə,
içində
gəzdirən
bir kişinin güclü qolları,.. üzülmə,
boğma
umudunu göz yaşlarının selində,
mən
sənin keçmişində axtardığın,
lakin
hələ də bu günündə tapmadığın
sabahın,
sabahkı sevgilərinəm, məni,
sənə
əzab gətirən keçmişində
yox,
aydın sabahlarında, zəfərə açılacaq əbədi sabahlarında
axtar;
dan yerinin söküldüyü, qaranlığın
üstümüzdən
çəkldiyi, gecənin aydın,
qızılı
sabahlara hamilə qaldığı çağında,-
hardakı
həmən sabahlar doğulanda,
orda
sevgilər və umudlar da doğulur,
saf
-çilləcə, göz yaşı kimi dupduru,
ana
südü kimi halal tər- təmiz,
bax
o zaman mən də, axtardığın
sevgi
də, umud da doğulur,..eləsə
gecikmə,
sil göz yaşını,tələs,başını dik tut,
qürurunu
sındırma,qadın ləyaqətini diri,
bakirə
saxla, sən əbədi, müqəddəs savaşlara
gedəcək
və həmən savaşları qazanacaq
bir
kişinin, bir ərin qadıni olmaq istəyirsən,..
ağlama,
ağlamaq nəyə lazım, ağlamaq
zamanı
deyil, çox ağlatdılar bizi, kişiləri
müqəddəs
savaşlara göz yaşlarıyla göndərməz,
onların
qadınları, fürsətini qaçırma, və gecəni
hövlank
aç, tələs, həmən sabahlara, tələs, həmən
sevgilərə,
hansıki həmən sabahlarla, həmən sevgilərlə,
həmən
umudlarla mən də doğuluram; ruhani, azad, bakir,
üzü
düz göy Tanrısına sarı, günahsiz,
xətasız,
günəş şəfəqləriylə göydən,- min
illərdir
insanların əlindən,əməlindən, yerin
qaralmış,
kirli üzünü yumaq, sahmana
salmaqdan
ötrü, bax, göy Tanrısının
həmən
vədəsində axtar, tap məni,

bir daha sev, yenə sev, təzədən
sev,
sonra da sevil, gücün
çatan
qədər sevil, ilahi eşqə çatana qədər sevil ............................скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ