8-04-2020, 17:26

Elşad M. Turan



Hardasan indi,-harda, çox darıxmışam,


bilirsən,
özü də necə,..
havalar da soyuyub,
özünü
soyuqa vermə, bilirəm, dəymə-
düşərsən,
yanımda
olanda heç olmasa
qoruyurdum,
istidən,
soyuqdan, həm də sənə
baxan yad gözlərdən,
hələ
məndən küsürdün də,
deyirdin
az qalır qəfəsə salasan,
hələ
dəfələrlə dava- dalaşa da
düşmüşdüm,
deyirdim, neynim xasiyyətim
belədir,
istəmirəm
mən baxan gözlərə özgələr də
baxsın,
çünki
həmən gözlər təkcə
mənim
baxışlarımçün biçilib,
düz
demirdim(?!)
əlbəttə
düz deyirdim(!!!), qəlbində sözlərimlə
razılaşırdın,
lakin üz cizgilərində
məni
özümdən çıxaran
ani
qadın eqonu göstərməyə və
bundan
da ləzzət almağa necə də
həvəslənirdin,
görürdüm, görürdüm hamısını,
sadəcə,
üz vurmurdum, istəyirdim az da
olsa
sinirlərimlə əylənəsən, və bu anın dadını
çıxarasan,
çünki, ardınca təzədən tündməcaz adamın
soyuq
baxışlarının əsirinə çevriləcəkdin,
hərdən
qaçmaq istəyirdin məndən,
hərdən
fikirindən daşınırdın,hərdən də rəfiqənlə
gizlincə
sözləşirdin, deyirdin ay qız,
neynim
bu dəlinin əlindən, o da
sənə
məndən qaçmağın yollarını
göstərirdi,
həbsxanadan qaçmaq istəyən
dustaqın
arzusu kimi, ancaq daha bilmirdin,
səni
məndən ayıran yollar,
elə
təzədən mənə sarı qayataracaq,
çünki
sənin məndən qurtulmaqınçün
bir
yolun vardı; məndən
qaçmağın, elə
mənə qaçmağın idi vəssalam,
ay dəli,
bütün bunları görürdüm, ancaq
sən
görmürdün, sadəcə səbr edirdim,
çünki
səndə kişi nəfəsim
vardı,
çünki nəfəsimlə nəfəs alırdın,
hər
aldığın nəfəsində mən var
idim,
hər
nəfəs aldıqca təzədən
nəfəsimi
qazanırdın,
məni
qəlbindən çıxarmağa
can
atsan da, ruhundan qoparıb
ata
bilmirdin, buna gücün çatmırdı,
çünki
mən sənin əbədi olaraq ruhundaydım,
ruhuna
hopmuşdum,
ruh
da ancaq İlahi Qata qayıdanda
bədəndən
ayrılır, bir də zamanı çatanda,
vədə
tamamlananda, ikimiz də, qoşulub,
ruhumuzla,
qayıdacayıq, düz üzü göylərə
sarı,
tələsmə, tələsmək nəyə
lazım,
özünü çox yorma, yaşa hələ bu
sevgini,
nə qədər fürsətin var, nə qədər
ruhun
göylərə qayıtmayıb, bax indi
yadıma
düşür, hər görüşümüzdə
gözlərimin
içinə
baxmaqdan yorulmurdun,
soruşurdum,
neyçün
gözlərimin içinə bu qədər
heyranlıqla
baxırsan, sən də deyirdin,

qədər dərindir gözlərinin
içi, adam düşsə itər gözlərinin
dərinliyində,
deyirdim, hə düz tapmısan, mən
uzaqlardan,
lap uzaqlardan,uzaq məchulluqlardan
gələn
göy adamı, ruh adamıyam, su üzərində gəzən,
İsa
Məsih qiyafəsində, dibsiz
uçrumların
üstündə özünə yuva quran
tərki- dünya
dərviş kimi və gecənin qaranlığından,
səhərin
alatoranlığına salamat çıxan, azan səsini
insanlardan
daha tez eşidən oyaq quşların
nəfəsi
tək, budur bahar da lap vədəsində
gəldi,
göyün üzü də daha əvvəlki kimi
deyil,
aprel küləkləri buludları tez- tez qovur üzü
bəri,
üsütümüzə sarı, o taydan
bu
taya daş atan nadinc uşaqlar
kimi,
bir azdan bahar yağışları da
yağacaq,
tez yağıb, tez də kəsilən, , bəzən də uzun-uzadı, cansıxıcı,
darıxdırıcı
bahar yağışları, adamların
əhvalı
da bahar fəslinə uyğun köklənəcək,
geyimləri
təzələnəcək, ancaq münasibətləri bir- birinə
heç
dəyişməyəcək;əvvəlki
tək
biganə, laqeyd, təkəbbürlü,
lovğa,
özündən
müştəbeh,özündən razı,
meşşan,
ruhsuz varlıqlar
kimi
qalacaq
bu baharda da
insanlar heç dəyişilməyəcək,
beləcə
hələ çox
rastlaşacayıq,
qəribə
taleyi olan adamlarla
bu
baharda, hələ nə
qədər, saysız- hesabsız,
günəş
də daha canımızı isitməkçün
yox,
baharda çiçəkləyəcək ağaclara can
verməkçün
doğacaq hərdən,
buludların
arxasından, bilirəm, incitmişəm
səni,
bilirəm, incimisən məndən,
ancaq
qəlbini qırmamışam, qəlb
qırmaq
mənim adətim deyil, bunuki
bilirsən,
çünki Allahın qarışqasını tapdamaqdan
belə
ehtiyyat edirəm, hətta saatlarla
dayanıb,
qış azuqələrini ta yuvalarının
ağzınacan
daşımalarını səbrlə gözləyirəm də,
bunu da bilirsən,
səni
başa düşürəm, inciməyə
haqqın
var, neynim, mən də beləyəm,
bir
az tərs, bir az tünd xasiyyət,
zəhmimdəki
qurd kimi adam basır, nə
edim,
gərək bağışlayasan,payızda doğulan
sevgiləri,
indi adamlar bahara qədər

ruhlarında, nədəki qəlblərində daşıya
bilmirlər,
ay zalım, hələ mən nə boyda
ürək
sahibiyəm ki, çiynimdəki bu insan
yüküylə,
hələ bir səni də,İlahi Eşqə çatana
kimi
sevməyə üsyan edirəm, bunaki
şahidsən(!!!)
yadından çıxarma, indi
ağızdan
çıxan sözlər tez unudulur, yalançı
aşiqlərin
sevgisi kimi, indiki sevgilər lap
qəlp
pul kimidir, hər iki üzü saxta və
dəyərsizdi sahibləri kimi,..
indi
başda papaq gəzdirmək

daha dəbdə deyil, çünki kişilik

artıq dəbdən düşüb, bundandır,
bir
də indi qadınlar dünyaya
uşaqlarını
bismillahsız, yalançı aşiqlər

sevgilərini bic doğmağa artıq
adət
edib, bax bunu
da
unutma, unutma, heç unutma...............................
... de görüm hardasan indi,
çox
darıxmışam, bilirsən necə,
havalar
da soyuyub, özünü
soyuqa
vermə, özünü soyuqdan, həm də
yad
gözlərdən qoru, axı, sən mənə
lazımsan,
çox lazımsan, bunu da unutma, lazımsan...........................скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ