15-03-2020, 22:35

Elşad M. Turan

çəkdiyimiz filmlər
kimidir,
həyatımızın nəinki
bir anı,
hətta hər bir
anı
süjet xətti kimi ,
riyazi əyri,qırıq, tərs-
mütənasib
kor bucaqlar altından
baxarıq, illərdir
bizi oynadan oyunçuların
oynatdığı
əttökən, bayağı,
bayağı olduğu qədər

qıyğacı,ironik, sarkazm
dolu
faciə janrındakı aktyor
oyunumuza
dekorlar qarışıb,
rəng palitrası solğun,
toplum
həmişəki ampulasında,-
boz,
alçaldılmış, nimdaş, sürtülmüş,
üzünün
suyu getmiş, quru fonda,
məzhəkə tamaşaları
qoyulur hər gün
insanlar təlxək
obrazında, təlxəkləşmiş
yaltaq, yalançı
sifətlər, maskasız
da aydın
görünür
maskalar yırtmağa,maskaları
cırmağa
maskaradlar qurmağa
indi nə ehtiyac
var
oyun köhnə oyun,
oyunçular
təptəzə, növbədə,qatı
da
açılmamış, bakir, bakirələr
əqidəsin satmağa
sanki
yarışa girmiş
media
və tv kapitanları,
həm də
flaqmanları
vicdansız, sırtılmış,
həm də satılmış, satıb, ödül
almaqçün
dondan-dona don
dəyişmək adətin,
batırdığı altının artıq
ekvivalenti
etmiş
qurdlar əl meymunu
olmuş
çaqqallar qurd süfrəsində
rahat
-rahat oturmuş,
illərdir qurda
qurd olmaq, qurd kimi
ulamaq
öyrədir, sən işə bax,
İlahi,.!
sonra da
qurd qabağında ulamaq
və diş atmaq istəyir,
savaşacaq, savaşıb
haqqına
sahib çıxacaq
və hələ kişilər əkəcək
kişiliyimizə,
özü çaqqal ola-ola,..
ancaq nə faydası,hürüşü
it hürüşü
çaqqallığı xislətindən
bilinər,..
... illərdir seyriçiyik,illərdir seyr
edirik
biz
bu oyunları, bu
yalanları,
saxta andları, saxta
vədləri
uydurma qəhramanları,
necə də
kompaniyaçıdır
alçalmış
və təhqir olunmuş toplum
çirkli
sifarişlərə, kirli əllərə illərdir
oynayan
və özünü blef edən
çünki
uduzmağa öyrənmiş,
öyrədilmiş, vərdiş etmiş,
geriyə də
yolu
qalmamış,.. nələr gözləyir
onu, nələr,..
irəlidə, qabaqda
taleyinin sərt, amansız,
amansız olduğu
qədər dolanbac aşırımlarla
dopdolu,
döngəsi var, hələ, hələ
qabaqdaскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ