15-03-2020, 22:24

Elşad. M. Turan

nüfuz savaşı gedir
illərdir,
bu şəhərin üstündə;
kənddən gəlmiş əyalət
uşağı və
şəhər elitasının özgələşmiş
insanı,
savaşır bu şəhərin
adının deyil, sadəcə payının
üstündə,..
çünki adı üstündədir
bu şəhərin;
işığına yığışar mavilər,
masmavilər, gecə
kəpənəkləri, hər gecə
bu şəhərin,
bir qara quruş,bir udum
loxma üçün
həm özünü satar, sonra da
oda atar,
pərvanələr şamda yanıb, özünü oda
atdığı kimi
və gecə klublarına yığışar elita,
məskəni ucuz çayxanlardan
fərqli
əyalət uşağından,..
böyür, başında nöyüt qoxusuna
gəlmiş əcnəbilər,
və bu şəhəri ucuz alıb, baha satmış
firənglər,
özünü öyər onlara
və əyalətdən gələn,
bu şəhərdə yuva quran
köçəri quşlar kimi
əyalət uşağını
o ki var söyər,
palçıqlı ayaqlarıyla onun
şəhərini
kirlətdiyin deyinər, deyinib
və yorulmaz
kənd uşaqlarının qarasınca,
arxasınca deyinib, deyinməkdən
təzədən özünü
öyüb, öyər,
qoymaz dil qəfəsə
cütləşib bu şəhərin iri,
yağlı
tikəsini illərdir böldüyü,
bölüşdürdüyü firənglərin
yanında
beləcə gedir nüfuz
savaşı
kəndli, şəhərli davası,
illərdir bitmir ki, bitmir, dava-dava
oyunu,
illərdir davam edir, yaman söyüş
oyunu
bu onu söyür, o bunu
yamanlayır
axır su kimi insanların ömür
payı,
bu qovğada, bu savaşda,
bazar ucuz bazardır, satanı çox,
alanı yox,
alan alıb, indi
satır,
bu şəhəri, küçə küçə,
dalan-dalan, baha-baha
gedir topraq davası,
gedir nüfuz
savaşı, meydangirlər
meydan sular
bu şəhərdə, bu qovğada,
bu davada
gedir ömür, it yiyəsin
tanımayır,
bu şəhərdə, bu şəhərin hər
tinində, döngəsində,
bu şəhərin
gecəsində,gündüzündə
hələ də qalmaqda,
hələ də yaşanmaqdadır,
göyün saxlamadığı,
yerin
daşımadığı,
Sizifin daşıdığı çiynindəki
əzabı
və seçilmişlərdir ki,
hələ hökm edir,
hökm
edəcək
bu şəhərdə
və Allahlıq iddiası baş
alıb gedir,
hələ gedəcək,bu şəhərdə
illər,
qərinələr bitsə də, zamanın sayı
itsə də
tükənir ömürlər, bitir
arzular
çünki hər daşında, divarında
şeytanın kirli, uzun əlləri var
Neapol gecələri də artıq bənzəmir ,
bu şəhərin yalançı,
yalanlarla
dolu, zorlanmış,
bakirəsi
və südü pozuğ, iftiraçı, masonik
gecəsinə,..
lakin
Varmolofey gecəsinin əzabı
var,
bu şəhərin
şorgöz və ləyaqəti bir
quruşa
satılmış,
ayağı sürüşkən qadın
gözlərində,..
qorxunc qaranlıqlar gizlənmiş,
göyçək, saxta üzündə
çünki
ruhu çirklənmiş, çirklədilmiş
və kirlədilmiş,
sonra da özgələşmiş,..
gedir nüfuz savaşı,
kəndli şəhər,
davası
əyalət uşaqları, şəhər elitası,
çoxu da
satılmış, sındırılmış
və alçalmış,
ortaya atdıqları,ortaya atılmış bir
balaca
pay üçün,
yırtır bir-birini gecə-
gündüz sümüklü
köpəklər tək
və savaşır beləcə illərdir
əyalət uşaqları, şəhər
elitası
necə də zülüm-zülüm, necə də
dərin-dərin,
illərdir,qərinələrdir
gedir
və hələ gedəcək, bu savaş,
bu
dava- dalaş,
bu şəhərin fahişə
sinəsinin,
zorlanmış bədəninin,
hər daşının,
divarının, sürtülmüş,
həyası getmiş
qadın üzünün, çörəyi dizinin
üstündə,..скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ